Markov: “İsrail nüvə silahına əl atacaq, Ərəb-Qərb savaşı başlayacaq...” – SENSASİON MÜSAHİBƏ

HƏMAS liderinin Tehranda İsrailin hücumu nəticəsində öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik hər keçən saat artır. İran tərəfi İsrailə ciddi cavab verəcəyi ilə bağlı müxtəlif açıqlamalar verib. Lakin prosesin ləngiməsi İranın bütün mümkün ssenarilərə hazır olması ilə bağlıdır.

Güman edilir ki, rəsmi Tehran dostları və tərəfdaşlarının açıq dəstəyi ilə İsrailə qarşı ciddi cavab tədbirləri görməyə hazırlaşır.

Bu baxımdan İran üçün digər vacib məqam Rusiyanın dəstəyidir. İsrail mediası artıq Rusiyanın İrana hava hücumundan müdafiə üçün müxtəlif raketlər göndərdiyi barədə məlumat yayıb.

Bəs sözügedən qarşıdurmada Rusiyanın hansı maraqları var? Rusiya hansı səbəblərə görə İranı dəstəkləyir?
 

MÖVZU İLƏ BAĞLI:

İordaniyadan ABŞ, İsrail və İrana XƏBƏRDARLIQ


Mövzu ilə bağlı suallarımızı Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov cavablandırıb. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Markov, biz İsrail-İran münasibətlərində və İsrail-Fələstin gərginliyində Moskvanın hər zaman İran və Fələstini dəstəklədiyini görürük. Hazırda da İsrail mediasında yer alan xəbərlərə görə, Moskva Tehrana hava hücumundan müdafiə üçün müxtəlif roketlər verib. Bu xəbərlər həqiqətə uyğundurmu?

- Şübhə yoxdur ki, Rusiya İrana silah sistemləri, o cümlədən, ən son hava hücumundan müdafiə sistemləri verir. Rusiya və İran heç bir müttəfiqlik müqaviləsi olmasa da, faktiki müttəfiqdirlər. Və məlumdur ki, İran Rusiyaya ucuz dronların istehsalı üçün texnologiya və bəlkə də konveyer xətləri verib ki, bu da Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalındakı geriliyi tez bir zamanda aradan qaldırmağa imkan verib.

- Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda İrana silah yardımı Rusiya hərbi sənayesinə mənfi təsir etmirmi?

- Rusiyanın çox yaxşı hava hücumundan müdafiə sistemləri var. Təbii ki, Rusiyanın öz sistemlərinə ehtiyacı var, lakin müttəfiqlərin olması da vacibdir. Çünki həlledici məqamda Rusiyanın Müdafiə Nazirliyinin əvvəlki tərkibinin səhvləri ucbatından Rusiyaya pilotsuz təyyarə çatışmazlığını aradan qaldırmağa kömək edən İran oldu. Bundan əlavə, Rusiya İranı təyyarə ilə təmin edə bilər. Çünki başqa ölkələr İrana təyyarə satmır. Təyyarələrin müəyyən bir hissəsi hərbi əməliyyatlar üçün vacib, kritik ola bilər. Bundan əlavə, Rusiya İrana təcrübə verə bilər ki, belə real təcrübə bu gün dünyada yalnız Rusiya və Ukrayna ordusunda mövcuddur və bu müharibə zamanı ukraynalılar müharibə texnologiyalarında vəziyyətin çox irəli getdiyini görürlər. 

Bu gün döyüşlərdə hər əsgər sayına 10 dron düşür. Bu tamamilə yeni bir döyüş növüdür, dronları bir-biri ilə bir sistemə bağlamaq lazımdır. İrana həqiqətən belə bir müharibə təcrübəsi lazımdır və ola bilsin ki, rusları İran ordusunda hərbi məsləhətçi kimi də görə bilərik.

- Gərginlik hər keçən gün artır. Biz İrandan daha tez cavab tədbiri gözləyirdik. Lakin proses uzanır. İran və İsrail arasında mümkün müharibənin nəticəsi necə ola bilər?

- Bir neçə variant var. İsrail İran, Hizbullah, HƏMAS və husilərin təmkinli davranış göstərməsini istəyir. Hələlik heç kim İsrailə hücum etməyib. Lakin İsrail İranın və proksi qüvvələrinin reaksiyasını yoxlamaq üçün özü hücuma keçir. 

İsrailin ikinci məqsədi Netanyahunun kreslosunu möhkəmləndirməkdir. Müharibə olarsa, Netanyahu hakimiyyətdə qalacaq, İsrail ABŞ və Avropa İttifaqından dəstək alacaq. Müharibə bitsə, hamı dərhal seçkilərin keçirilməsinə çağırış edəcək. Əgər seçki olsa, Netanyahu hakimiyyətdən gedəcək. Üstəlik, böyük ehtimalla 7 oktyabr uğursuzluğuna görə Netanyahu həbs oluna bilər.

- Yəni düşünürsüz ki, müharibə yalnız bəlli şəxslər üçün maraqlıdır? Bəs İsrailin ideologiyası?

- İsrailin məqsədi bir növ nümayişkaranə şəkildə idarə olunan müharibədir ki, bu da İranın husilər, Hizbullah və HƏMAS kimi proksi qüvvələrini cilovlamaq məqsədi daşıyır. İran isə əvvəlki qaydada sözügedən qruplaşmaların əli ilə İsrailə qarşı müharibəni davam etdirmək istəyir. 
Buna görə də İsrailə cavab verib, qısa zamanda proksi müharibə variantına qayıtmaq İran üçün ən yaxşı ssenaridir. Heç kim müharibə istəmir, amma bütün bəşər tarixi kiçik döyüşlər planlaşdıran qüvvələrin başlatdığı böyük müharibələrlə doludur.

- Qeyd etdiyiniz kimi, bu formada idarəolunmaz müharibə nə ilə nəticələnəcək?

- Bu halda İsrail İrana qarşı nüvə silahından istifadə zərurəti ilə üzləşə bilər. O, nüvə silahından istifadə edəcək. Bundan sonra, bütün İslam dünyası İsrailə qarşı ayağa qalxacaq və nəhayət səsini çıxaracaq. Nəticədə, bütün İslam dünyası İsrailə qarşı hərəkətə keçəcək. İsrail digər ərəb ölkələrinə qarşı da nüvə silahından istifadə edə bilər. Bu, onların İsraili məhv etmək istəyinə səbəb olacaq. 

Bu ssenari baş verərsə, İsrail məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı anda NATO Yaxın Şərqə müdaxilə edə bilər ki, bu da vəziyyəti tam dəyişdirər. Yəni, böyük Ərəb-Qərb dünya müharibəsi ola bilər. 

- Cənab Markov, zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm. 

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

Teymur Kərimov vəfat etdi – FOTO

Teymur Kərimov vəfat etdi – FOTO

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Ağadadaş Ağayevin müğənni bacısı oğlu:"Dayım mənə dəstək olmur" — VİDEO

Ağadadaş Ağayevin müğənni bacısı oğlu:"Dayım mənə dəstək olmur" — VİDEO

Temperatur daha da YÜKSƏLƏCƏK – Sabahın HAVASI

Temperatur daha da YÜKSƏLƏCƏK – Sabahın HAVASI

Millimizin üzvü İsrail klubuna keçdi

Millimizin üzvü İsrail klubuna keçdi

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

“Dayı”ya hökm oxundu- 3 aya azadlığa çıxır

“Dayı”ya hökm oxundu- 3 aya azadlığa çıxır

UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa nə qədər bilet satılıb?

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi – VİDEO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi – VİDEO

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın HƏCMİ

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın HƏCMİ

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Kevin Medina bu kluba KEÇDİ

Kevin Medina bu kluba KEÇDİ

Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – VİDEO

Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO