Yaxın Şərqdə böyük savaş ALOVLANIR – İranın İsrailə hücum planının DETALLARI

Hazırda Yaxın Şərqdə gərginlik pik həddədir. Belə ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsraildən qisas alacağını rəsmən elan edib.

Digər tərəfdən, İsrailin HƏMAS-la münaqişəsi davam edir. İsrailin şimalında isə vəziyyət gün keçdikcə daha da gərgin hal alır. Hizbullah və İsrail artıq bir neçə gündür ki, bir-birlərinə qarşılıqlı raket zərbələri endirirlər. Üstəlik, dünya mətbuatı İsrailin Livanda quru əməliyyatlara başlamağa hazırlaşdığını yazır. 

İran hücuma hazırlaşır...

ABŞ dövlət katibi Antoni Blinkenin son açıqlaması vəziyyətin həqiqətən də gərgin olduğunu bir daha nümayiş etdirib. Belə ki, Ağ Ev rəsmisi G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşündə İranın avqustun 5-də İsrailə hücum edə biləcəyini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan sensasion QƏRAR: "İsrail VURULACAQ!"


Gərginlik nə ilə yekunlaşacaq?

Politoloq Natiq Miri Bizim.Media-ya açıqlamasında bildirib ki, ABŞ İran və İsrail arasındakı gərginliyi azaltmaq üçün G7 dövlətləriylə müəyyən danışıqlar aparır: 

“Burada məqsəd İran və onu dəstəkləyən proksi qüvvələrin İsrailə qarşı keçirəcəyi əməliyyatın məhdud səviyyədə keçirilməsi, davamlı olmaması üçün hazırlıqlar görülüb”.

III Dünya Müharibəsi yaxın zamanda başlaya bilər?

“İran və İsrail arasında müharibənin olması sadəcə  İsrail və İranın yox, həmçinin onları dəstəkləyən qüvvələrin də prosesə müdaxiləsiylə birgə regionda böyük bir yanğının alovlanmasına səbəb ola bilər. Buna görə də nə İranın, nə də ABŞ-ın belə bir müharibənin yaranmasına marağı var. 

Ancaq İsrail höküməti bunu istəyə bilər. Çünki o İran vasitəsilə ABŞ-ı da bu prosesə cəlb etmək istəyir ki, İranı birdəfəlik çökdürsün. Ancaq ABŞ-ın gündəmində seçkilər məsələsi də olduğu üçün bunun reallaşacağını düşünmürəm. Buna görə də III Dünya Müharibəsinin başlama ehtimalı yoxdur’. 

Prosesdə ABŞ olmasa, İsrail belə addımlar atmağa risk edə bilməz.

“ABŞ-ın bu məsələdə rolu çox əhəmiyyətlidir. Çünki o, İsrailin güvəndiyi güc olmaqla yanaşı, İsraili maliyyə yardımı, strateji silahlarla təmin edən qüvvədir. Yəni ABŞ prosesdə  olmasa, İsrail belə addımlar atmağa risk edə bilməz. Ona görə də ABŞ bu məsələnin bütün hissələrində var. ABŞ Haniyənin öldürülməsindən tutmuş, Livandakı “Hizbullah” liderlərinin öldürülməsinə qədər prosesin kəşfiyyat hissəsində bilavasitə iştirak edib”.

“İran dron və raket hücumlarıyla İsrail bombardman edilə bilər”

Siyasi şərhçi deyir ki, “Hizbullah”ın hücumuyla bağlı məlumat yalnız informasiya məkanında mövcuddur.

“Bu da İsraili dəstəkləyən ölkələr arasında müəyyən qədər basqı narahatlıq yaradıb. Ona görə də intensiv olaraq belə informasiyalar yayımlanır. Hücumun necə olacağı bəlli deyil, ancaq böyük ehtimal İran proksi qüvvələrlə paralel olaraq dron və raket hücumlarıyla İsraili bombardman edə bilər. Çünki İsrailə zərbələr vurmaqla İranın İsraildən qisas aldığı görülməlidir. Əks təqdirdə həm İran cəmiyyəti bunu qəbul etməz, həm də İranın beynəlxalq aləmdəki nüfuzu zədələnər”.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

End of content

No more pages to load

RADİO