Xameneidən QƏRƏZLİ AÇIQLAMA – İran Azərbaycana qarşı niyə ikili oynayır?

“İran hələ də “Zəngəzur dəhlizi” ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir”.

Bunu İranın ali lideri Əli Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır.

İranla münasibətlərin yaxşılaşdığı bir vaxtda Xameneinin bu açıqlaması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Maraqlıdır, İran Azərbaycana qarşı niyə ikili oynayır?

Milli Məclisin VI çağırış deputatı Elşad Mirbəşiroğlu mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın doqquzuncu maddəsində öz aydın ifadəsini tapıb:

Ermənistan birgə bəyanatdan yayına bilməz

“Birgə bəyanatın doqquzuncu maddəsində göstərilir ki, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi yaradılmalıdır. Ermənistanın Baş naziri sözügedən birgə bəyanata imza atıb. Hər şeydən öncə belə bir sual meydana çıxır: əgər bu bəyanat Ermənistanın maraqlarına cavab vermirdisə, Paşinyan bu sənədi niyə imzaladı?

Bu, həm də onu göstərir ki, Ermənistan öz imzasına qeyri-ciddi yanaşır. Əks halda Zəngəzur dəhlizi ətrafında bu qədər uzunmüddətli müzakirələr olmazdı və bu dəhliz açılardı. İranın məsələ ilə bağlı təsəvvürləri olduqca yanlışdır. Biz digər dövlətlərin ərazi bütövlüyü prinsipini hamıdan çox dəstəkləyirik. Beynəlxalq əməkdaşlıq quranda, onu inkişaf etdirəndə istinad etdiyimiz əsas prinsiplərdən biri bərabərhüquqluluq və ərazi bütövlüyünün toxunulmazlığı məsələsi olur. Biz ərazi bütövlüyümüzü öz gücümüz hesabına bərpa etmişik”.

Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünə heç bir təhdid yaratmır

Ekspert bildirib ki, bu dəhlizin keçəcəyi ərazi Azərbaycanın tarixi torpaqlarıdır:

“Amma biz o reallığı da bilirik ki, həmin ərazilər bu gün beynəlxalq səviyyədə Ermənistanın əraziləri kimi tanınmaqdadır. Zəngəzur dəhlizi Cənubi Qafqaz regionuna olduqca əhəmiyyətli töhfə verə bilər. Bu, həm regional təhlükəsizliyə xidmət edər, həm də regional əməkdaşlığı formalaşdıra bilər. Bundan əlavə, bütün region ölkələri arasında əməkdaşlığı daha da gücləndirə bilər”.

E.Mirbəşiroğlu əlavə edib ki, Zəngəzur dəhlizinin açılması gələcəkdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin çox mühüm bir seqmentinin formalaşmasını şərtləndirə bilər:

“İran Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin iştirakçısıdır və müvafiq olaraq da Zəngəzur dəhlizi layihəsinin seqmentləri nə qədər geniş olarsa, bütövlükdə bu layihənin iştirakçılarının iqtisadi maraqlarına bir o qədər yaxından cavab verər. Əgər İran həqiqətən də Cənubi Qafqaz regionunda hər zaman səsləndirdiyi sülhün və təhlükəsizliyin tərəfdarıdırsa, onda region və Azərbaycan üçün vacib olan məsələlərdə aydın mövqe sərgiləməlidir, həssas yanaşma ortaya qoymalıdır.

Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün prioritetlərdən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, biz mütləq bu dəhlizi açacağıq. Bunun üçün resurslarımız yetərlidir və bizimlə münasibətləri konstruktiv məcrada inkişaf etdirmək istəyən hər bir ölkə, həmçinin İran Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı yeni reallıqları qəbul etməlidir və ona uyğun davranmalıdır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

End of content

No more pages to load

RADİO