LGBT və erməni sevdasının SİNTEZİ – Paris Olimpiadasının açılışı hansı rəzilliklərlə YADDA QALDI?

Bir neçə min illik tarixi olan Olimpiya Oyunlarının əsas mahiyyəti sülhə çağırışdır. Hələ qədim Yunanıstanda ilk Olimpiadalar keçirilən zaman hərbi əməliyyatlar dayandırılar, düşmən dövlətlər belə öz güclərini idman arenasında sınayardılar. 

Fransa bu tarixi ənənəni də ayaqlar altına atdı...

Məlum olduğu kimi, iyulun 27-də Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutdu. Açılış mərasimində idmandan, nə də sülhə çağırışdan əsər-əlamət yox idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq Olimpiya Komitəsi Parisdəki açılış mərasiminə görə ÜZR İSTƏDİ - FOTO


Əvvəla, açılış mərasimi üçün idman arenası yox, Sena çayının sahili seçilmişdi. Əksər mütəxəssislərin fikrincə, Fransa hökumətinin bu addımı atmasının səbəbi tamaşaçıların sərt reaksiyasından qorxmaları ilə əlaqədar idi. Çünki qapalı arenada etirazın alovlanması qarşısıalınmaz faciələrə səbəb ola bilərdi. Yəni, fransızlar etdikləri əməllərin doğuracağı reaksiyaların fərqində idilər.

Ancaq nə fayda, yenə də öz bildiklərini oxudular.

Qərb ölkələrində müxtəlif idman və mədəniyyət yarışlarında LGBT simvollarına yer verilməsi artıq ənənə halını alıb. Xüsusən, Avroviziya mahnı müsabiqəsində bu duruma tez-tez rast gəlinir. Ona görə də, fransızların xarakterini və Qərbin “trend”ini nəzərə alaraq, LGBT təbliğatının açılış mərasimində müəyyən simvollarla aparılmasını hamı gözləyirdi. 

Ancaq Paris Olmpiadasının açılışında Fransa hansısa simvolları nümayiş etdirməklə yetinmədi. Bütün mərasim başdan-ayağa LGBT təbliğatına köklənmişdi. Bu təbliğatın aparılması üçün seçilən metodlar isə daha da iyrənc idi. Belə ki, demokratiyadan, vicdan azadlığından dəm vuran Fransa cinsi azlıqları reklam etmək üçün dini dəyərləri ayaqlar altına atdı. 

Dahi rəssam Leonardo da Vinçinin məşhur “Sonuncu şam yeməyi” əsərini parodiya edən səhnəcikdə LGBT fərdləri İsa peyğəmbəri və onun həvarilərini əvəz etdilər. Bu da haqlı olaraq, bütün dünyada xristianların kəskin reaksiyasına səbəb oldu.

Doğrudur, Beynəlxalq Olimpiya Komitəsinin Paris Təşkilatı buna görə üzr istədi.

Üzrləri isə qəbahətlərindən böyük idi:

“Əgər tədbir kimisə incidibsə, buna görə üzr istəyirik. Ancaq təşkilatçıların niyyəti sosial qruplara hörmətsizlik etmək deyil, "cəmiyyətin müxtəlifliyini qeyd etmək" idi”. 

Göründüyü kimi, onlar üzr istəsələr də yenə də etdikləri səhvi qəbul etmirlər.

İdmana siyasəti qarışdıranda

Açılış mərasimi Azərbaycana qarşı da açıq təxribatla yadda qaldı. Belə ki, oyunların açılış mərasiminin yayımı zamanı Fransanın “Fr2” telekanalının efirində şərhçinin Azərbaycan əleyhinə səsləndirdiyi yersiz və təhqiramiz ifadələr diqqətdən yayınmayıb.

Erməni idmançıların keçidi zamanı Fransa telekanallarından birinin şərhçisi canlı yayımda deyib: 

“Ermənistan, bizim erməni dostlarımız! Tarixən fransızların qəlbinə yaxın olan ölkə. Bu gün “Dağlıq Qarabağ”ın süqutundan və Azərbaycan ordusunun hücumundan sonra erməni xalqı üçün əlamətdar gündür”. 

Azərbaycan idmançılarından ibarət komanda yoldan keçəndə həmin şərhçi belə deyib: 

“Ermənistanla ərazi məsələsində toqquşmuş Qafqaz respublikası”.

Fransanın mahiyyəti onsuz da bizə bəllidir. Ancaq sülhə çağırış fəlsəfəsi ilə təşkil olunan Olimpiya Oyunlarını bu cür siyasi şouya çevirmək açıq-aşkar rəzillikdir. 

Erməni və LGBT sevdası bir arada

Ümumilikdə, Paris Olimpiya Oyunlarında təşkilatçılıq baxımından axsaqlıqlar kifayət qədər çoxdur. İdmançıların qaldıqları otellərdən narazılıqları, Fransa ilə münasibətləri yaxşı olmayan ölkələrin jurnalistlərinə yaradılan süni maneələr, addımbaşı oğurluq halları ilə bağlı xəbərlər dünya mediasının manşetlərini bəzəyir. Təbii ki, bütün bunlar Fransa kimi özünü dünya nəhəngi hesab edən ölkə üçün tarixi ayıbdır. 

Daha böyük ayıb isə 3 min ilə yaxın tarixi olan Olimpiya Oyunlarını siyasi alətə çevirməkdir. 

Bir tərəfdən erməni təbliğatı, bir tərəfdən LGBT reklamları, digər tərəfdən isə dini duyğuları təhqir edilmiş milyardlarla insan... Görəsən, Olimpiya Oyunları başa çatana qədər daha hansı rəzilliklərə şahid olacağıq?

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO