Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, bu kanal və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Bizim.Media-nın xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsinə yazıb.
"TRT hər zaman Ermənistanın mülki əhalisini hədəfə almasını işıqlandırıb", - Prezidentin köməkçisi əlavə edib.
Bizim.Media