“Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməlidir:
“Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.
Bizim.Media