Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib - FOTO

İyulun 26-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümümmilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksədiyini qeyd edib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda danışaraq, bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirib.
Kamran Əliyev cari ilin noyabr ayında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyi barədə qonaqları məlumatlandırıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. 2021-ci ildə Bakıda təsis edilmiş TDT Baş Prokurorlar Şurasının bu ilin 25 iyul tarixində Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında davamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib.

Sədr azərbaycanlı və türkiyəli hüquqşünaslar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışaraq, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

End of content

No more pages to load

RADİO