Kamala Harris MÜƏMMASI – Demokratların namizədi ABŞ prezidentliyinə nə qədər UYĞUNDUR?

Xəbər verdiyimiz kimi, səhhətindəki problemlər üzündən ABŞ prezidenti Co Bayden növbəti prezident seçkilərindən geri çəkildi. Ona görə də Demokratlar Partiyası özlərinin yeni namizədini müəyyən etdilər. Bu ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisdir. Nəzərə alaq ki, demokratlar Harrisi yeni namizəd elan etdikdən qısa zaman sonra böyük coşqu yaşandı. Təkcə bir sutkada Harrisin seçki kampaniyası üçün 50 milyona yaxın ianə edildi. Bu da onu göstərir ki, demokratların yeni namizədinin kifayət qədər maddi reursu var.

60 yaşlı Kamala Harris siyasətdə yeni adam deyil

20 oktyabr 1964-cü ildə ABŞ-ın Kaliforniya ştatında mühacir ailəsində anadan olan Kamalanın atası Yamaykadan, anası isə Hindistandandır. Harris 30 ildən artıqdır ki, Demokratlar Partiyasında təmsil olunur. O, karyerasına 1990-cı ildə Oklenddəki Alameda qraflığının prokuror köməkçisi kimi başlayıb. 2004-cü ildən 2011-ci ilə qədər - San Fransisko rayon prokuroru, daha sonra 2017-ci ilə qədər Kaliforniyanın Baş prokuroru vəzifəsində çalışıb.

Bundan sonra Harris ABŞ Senatına keçib. 2016-cı ildə Kaliforniyadan ilk “ağ olmayan” senator adını qazanıb. Senatda çalışarkən Kamala Harris prezident Donald Trampı hər zaman kəskin tənqid edirdi. 2019-cu ildə Harris ABŞ-ın ən liberal senatoru kimi qiymətləndirilib.

Nəzərə alaq ki, o 2020-ci ildə ABŞ prezident seçkilərinə qatılacağını bəyan etmişdi. Hətta prezidentliyə namizəd kimi Co Baydenlə teledebatda iştirak etdi. Hələ o zaman onun kəskin sualları, iti məntiqi çoxları kimi Bayden üçün də sürpriz oldu. Lakin hər ikisinin eyni partiyadan olması kiminsə geri çəkilməsini zəruri edirdi. 
Təbii ki, geriyə addım atan Kamala oldu. Çünki o zaman Harrisin namizədliyinə dəstək təxminən 3% qədər az idi. Ona görə də o mübarizədən çəkildi və tərəfdarlarını Co Baydeni dəstəkləməyə çağırdı. Nəticədə Bayden-Harris tandemi Tramp-Pens respublikaçılarına qalib gəldi. Beləliklə, Harris ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın, ilk qaradərili və Asiya əsilli siyasətçi oldu. Qeyd edək ki, Kamala Harris ABŞ-ın 49-cu vitse-prezidentidir.

Kimlər Harrisi bəyənmir?

Kamala Harrisin prezidentliyə namizədliyinə ilk etiraz ABŞ-ın keçmiş prezidenti Barak Obamadan gəldi. O Kamala Harrisin ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampa qarşı Demokratların namizədi olmasını istəməyib. “New York Post” bildirib ki, Barak Obama Kamala Harrisin Donald Trampa qalib gələ bilməyəcəyi qorxusuna görə əsəbiləşib.

Bundan başqa, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləməyib.

Bu barədə siyasətçinin rəsmi saytında dərc olunmuş bəyanatında qeyd var:

"Prezident Co Bayden vətənpərvər amerikalıdır və ölkəmizi həmişə birinci yerə qoyur... Allah Amerikaya onun böyüklüyü və yaxşılığı ilə xeyir-dua verib".

Başqa bir etirazsa amerikalı sahibkar və milyarder İlon Maskdan gəlib.  

O, ABŞ prezidentliyinə yeni namizəd Kamala Harrisi məşhur amerikalı maliyyəçi və milyarder Corc Sorosun oğlu Aleksandr Sorosun kuklası adlandırıb:

“Sadəcə Aleksandr Sorosa onun növbəti kuklasının kim olacağına şübhə yaratmadığı üçün təşəkkür etmək istərdim”. 

Qeyd edək ki, A.Soros sosial şəbəkə hesabında ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə birgə fotosunu paylaşaraq onun ən yaxşı və ən bacarıqlı namizəd olduğunu bildirib. 

Amerikalı ermənilər də Harrisə “naz edir”

Maraqlıdır ki, Kamala Harrisin namizədliyinə ağız büzənlərdən biri də ABŞ-dakı ən böyük erməni lobbi təşkilatı olan "ANCA" dır. Təşkilat üzvləri Demokratlar Partiyasının yeni namizədini hədələməkdən belə çəkinməyiblər. Təşkilat Harrisə qarşı "ultimatum" irəli sürərək bildirib ki, yalnız onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər.

Ermənilərinsə “şərti” bəllidir: Saxta “soyqırımı”nın rəsmi tanınması və Azərbaycana qarşı iqtisadi sanksiyalar.

Harris Baydendən ağıllıdır?

Kamala Harris ilk baxışdan Donald Trampdan zəif namizəd kimi görünür. Amma proses hələ yeni başlayıb. Yəqin ki, Amerikanın nəhəng kampaniyaları işə müdaxilə etdikən sonra Harrisin bir çox “özəllikləri” üzə çıxacaq.

Hələliksə xanım namizədin ilk özəlliyini Co Bayden açıqlayıb. O son açıqlamasında bəyan edib ki, 4 il əvvəl ondan vitse-prezidentim olmasını xahiş edib:

“Çünki bilirdim ki, məndən daha ağıllı birinə ehtiyacım var. Mənim adım Co Baydendir. Mən Kamala Harris üçün işləyirəm".

Bütün bunlarsa göstərir ki, Harris Tramp üçün heç də asan “sındırılacaq qoz” deyil. Ona görə də yaxın 3 ayda bütün dünyanı gərgin və maraqlı siyasi mübarizə gözləyir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO