Pezeşkiandan SENSASİON ADDIM – İranda Azərbaycan dili də tədris olunacaq?

İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Pezeşkian İran prezidenti seçildikdən sonra ölkədə milli tələblər irəli sürüldü – FOTO


Onu da xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.

Pezeşkianın bu adımından sonra nəhayət Cənubi Azərbaycandan olan soydaşlarımız öz ana dillərində təhsil ala biləcəkmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, Konstitusiyanın 15 maddəsinin həyata keçirilməsinə uzun zaman sərf olunacaq və bununla da bir müddətdən sonra məsələni yaddan çıxarmağa çalışacaqlar: 

“Qeyri-fars dillərin tədrisi məsələsi İranın əsas qanununun 15-ci maddəsində öz əksini tapıb. Burada göstərilir ki, qeyri-fars qövümlər ana dilində təhsil ala, öz dillərində qəzet-jurnallar çap edə bilərlər. Odur ki, Pezeşkian da bu addımı atır. Oxşar addımı Məhəmməd Hatəmi də atmağa cəhd göstərib. O həm də mədəniyyətlərarası dialoqun tərəfdarı kimi çıxış edirdi. Amma son nəticədə Hatəminin bu ideyası reallaşmadı”. 

“Bu məsələni gündəmə gətirənləri separatçılıqda ittiham edirlər”

Həmsöhbətimiz qeyd edir ki, İran hakimiyyəti qeyri-farsların ana dilində təhsil almalarını ölkənin təhlükəsizliyi və bütövlüyünə təhlükə hesab edir:

“Ona görə də bu məsələləri qaldıranları davamlı olaraq separatçılıqda, pantürkizmdə ittiham edirlər. “15-ci Prinsip Komitəsi”lə bağlı məlumat yayılsa da, onun fəaliyyəti, görəcəyi işlər məlum deyil. Deməli, bu komitə dekorativ olaraq açıqlanıb. İran parlamentində Pezeşkianın liderliyilə qeyri-farsların hüquqlarını müdafiə edən fraksiya yaradılmışdı. Amma onun heş bir nəticəsi olmadı. 

İndi bu maddənin reallaşması üçün konkret işlər görülə bilər, məktəblərdə proqram hazırlanar. 90-cı illərdə İran hakimiyyəti məktəblərdə türk dilinin tədrisinə dair proqram hazırlamağa başlasa da, sonradan o ləğv edildi”. 

S.Soltanın fikrincə, ana dilində tədrisin həyata keçməsi üçün bir sıra addımlar atılmalıdır:

“Ana dili üzrə tədris vəsaitləri, kadr məsələsi müəyyənləşməlidir. İranda isə bu sahədə çatışmazlıqlar yetərincədir və onun həyata keçməsinə uzun zaman sərf olunacaq. Bununla da məsələni yaddan çıxarmağa çalışacaqlar. 

İranda türklər, kürdlər, ərəblər, bəluclar və başqa etniklər ana dilində təhsil almaq hüququndan məhrumdur. Bu hüquqa yalnız farslar və ermənilər malikdir. İranda tədris olunan ana dilinin hansı proqram əsasında həyata keçiriləcəyi də sual altındadır. Ölkənin şovinst dairələr bunu qarışıq farsca tədris etməyə çalışır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO