94 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülən Məmmədov Elton Arzuman oğlunun namizədliyi ləğv edilib.
Bizim.Media xəbər verir ki, qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.
İclasda qeyd edilib ki, deputatlığa namizədliyini irəli sürən Elton Məmmədov gəlirlərini və əmlaklarını bilərəkdən gizlədib və saxta sənədlər təqdim edib.
Bu barədə MSK-ya bir qrup seçici tərəfindən şikayət daxil olub. MSK üzvü Qabil Orucov tərəfindən şikayət araşdırılıb və E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.
Günay Şahmar, Bizim.Media