“125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib:
“Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb. 16 nəfərin namizədliyi qeydə alınıb”.
Məhərrəm Əliyev, Bizim.Media