Parlament seçkiləri ilə bağlı tədbirlər keçiriləcək – FOTO 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika miqyaslı tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

Bizim.Media xəbər verir ki, layihənin açılış mərasimi və ilk seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun giriş nitqləri ilə başlayıb. 

Onlar öz çıxışlarında vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb və bununla əlaqədar zəruritövsiyələr veriblər.

Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə təmsilçilərinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinlənilib.

İştirakçılara Seçki Məcəlləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib və meydana çıxan suallara aydınlıq gətirilib.

Ali Məhkəmənin hakimləri, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin sədrləri və hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə seçki dairələri dairə seçki komissiyaları sədrlərinin də qatıldığı birinci seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.

Layihə çərçivəsində seminar-müşavirələrin növbəti mərhələsinin iyulun 23-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə reallaşdırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçicilərin məlumatlandırılması ilə yanaşı, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, aşağı seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıqlarının daha da yüksəldilməsi məqsədilə fərqli istiqamətlər üzrə çoxsaylılayihələri əhatə edən genişmiqyaslı proqram ardıcıl və sistemli şəkildə reallaşdırılmaqdadır. 
Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm yer tutan maarifləndirmə layihələrinin qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilməsi görülən işlərin effektivliyinin artırılmasına əhəmiyyətli töhfə verməklə bərabər, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunmasında da önəmli rol oynayır.








Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

End of content

No more pages to load

RADİO