Şuşada fransız kolonializmi ilə bağlı hesabatın təqdimatı KEÇİRİLƏCƏK

Şuşa şəhərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın iyulun 22-də təqdimatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, təqdimat müəllif və Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov tərəfindən ediləcək.

140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaklar), Fransız Polineziyası (Maohi Nui), Sen-Martin, Sen-Bartelemi, Mayotta (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinika, Qvadelupa və Fransız Qvineyasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir.

Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.

Xüsusi olaraq qeyd olunur ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olmuşdur.

Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.

Qeyd edək ki, tədqiqat Fransa hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək.
Tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

End of content

No more pages to load

RADİO