Prezidentin Şoltsla görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin bu ilin aprelində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı məmnunluqla xatırlandı, bu çərçivədə Olaf Şolts ilə keçirilmiş görüş və müzakirə olunan məsələlər bir daha vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Oksfordda Olaf Şolts ilə görüşdü - FOTO


Almaniya Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin Kansler Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş birgə görüşünün vacibliyi bildirilib.

Bunun ardınca Almaniya tərəfinin dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi qeyd olunub.

Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulanıb.

Görüşdə COP29-la əlaqədar hazırlıq prosesi müzakirə olundu. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edildi və yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

Tanınmış BDU professoru dünyasını dəyişdi

Tanınmış BDU professoru dünyasını dəyişdi

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Sumqayıtda mebel sexi yandı – VİDEO

Sumqayıtda mebel sexi yandı – VİDEO

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

End of content

No more pages to load

RADİO