YAP-ın namizədlərindən kimlərin qazanmaq şansı daha çoxdur? – TƏHLİL

Xəbər verdiyimiz kimi ötən gün Yeni Azərbaycan Partiyası VII çağırış Milli Məclisə seçkilərlə bağlı öz namizədlərinin siyahısını açıqlayıb. Partiya bu dəfə 125 seçki dairəsinin hər birindən namizəd irəli sürüb. Bu da onu göstərir ki, YAP seçkilərə çox ciddi hazırlaşır və bu dəfə parlamentdə daha çox yer qazanmaq istəyir.

YAP bu dəfəki parlamentdə neçə mandatla təmsil oluna bilər?

Nəzərə alaq ki, son 30 ildə YAP Milli Məclisdə bir qayda olaraq böyük üstünlüklə təmsil olunub.  Məsələn, IV çağırışda partiya 71, V çağırışda 72, VI çağırışda isə 70 mandat qazanıb. 

Göründüyü kimi hər dəfə parlamentdə səs çoxluğu bir qayda olaraq YAP-ın əlində olub. YAP-la müqayisədə digər partiyalar çox zəif nəticə göstəriblər. Məsələn, IV çağırışda digər partiyalar cəmi 13, V çağırışda 12 və VI çağırışda isə 12 yer qazanıb. Qalan mandatlara isə bitərəflər sahib çıxıblar.

Son 3 parlament seçkilərinin nəticələri bir-birinə çox yaxındır. Ona görə də bu dəfəki seçkilərdə qeyri-adi hadisənin baş verəcəyi gözlənilən deyil. Ola bilsin ki, digər partiyalar bu dəfə 15 mandat qazansın. Bitərəflər bir qədər az yer tutsun. Amma YAP yenə də ən azı 70 mandat qazanacaq.

Bəs elə isə YAP-ın 125 namizədindən kimlər mandat qazana bilər?

Təbii ki, YAP-ın bu dəfəki siyahısında xeyli sayda yeni adlar var və onların çoxu yəqin ki, seçkilərə mandat üçün yox, təcrübə qazanmaq üçün qatılıb. Amma YAP-ın əsas funksionerləri yəqin ki, növbəti dəfə parlamentdə təmsil olunacaq. Bu ilk növbədə nüfuz və prinsip məsələsidir.

Ona görə də partiyanın ilk 6 dairədən sürdüyü namizədlərin qalib gələcəyi şəksizdir. Bundan başqa  partiyanın digər dairələrdən irəli sürdüyü bir çox namizədlərin də qalib gələcəyi gözləniləndir. Məsələ, Əli Əhmədovun, Sevinc Fətəliyevanın, Mixail Zabelinin, Aydın Hüseynovun, Naqif Həmzəyevin, Musa Quliyevin, Müşviq Cəfərovun, Hicran Hüseynovanın, Tahir Mirkişilinin, Heydər Əsədovun, İlham Məmmədovun, Əli Hüseynovun, Aydın Mirzəzadənin, Müşviq Məmmədlinin, Ağalar Vəliyevin, Azər Badamovun, Sadiq Qurbanovun, Əhliman Əmiraslanovun, Kamal Cəfərovun, Malik Həsənovun, Elman Nəsirovun, Cavanşir Paşazadənin, Anar İskəndərovun, Rəşad Mahmudovun,Səyyad Aranın, Tahir Rzayevin, Anar Məmmədovun, Xanlar Fətiyevin, Fatma Yıldırımın, Mübariz Qurbanlının, Sahibə Qafarovanın, Nizami Cəfərovun, Səməd Seyidovun, Nəsib Məhəməliyevin, Asif Əsgərovun, Vüqar İskəndərovun, Eyvaz Qurbanovun, Elman Məmmədovun, Ceyhun Məmmədovun və İmamverdi İsmayılovun  bu seçkilərdə qalib gələcəyi daha real görünür. 

Kimlər mandat qazanmaya bilər?

Yəqin ki, seçkilərə ilk dəfə qatılanların bir çoxu mandatsız qalacaq. Maraqlıdır ki, bəzi dairələr üzrə verilən namizədlər barədə çox az məlumat var. Bu namizədlərin çoxu da digər partiya liderlərinin və ictimai xadimlərin namizəd olacağı dairələrdən seçkilərə qatılacaq. Məsələn, Novruz Aslanovun davamlı olaraq hər dəfə deputat seçildiyi dairədən YAP-ın namizədi Xavər Allahverdiyeva, Qüdrət Həsənquliyevin ötən dəfə deputat seçildiyi dairədən Nərminə Hacıyeva, Azay Quliyevin sonuncu dəfə seçildiyi dairədən Həcər Mirzəyeva, Fazil Mustafanın seçildiyi dairədən Afaq Hacıyeva, Asim Mollazadənin seçildiyi dairədən Xaliq Hüseynov, Razi Nurullayevin seçildiyi dairədən İsrafil Məmmədov, Rasim Musabəyovun seçildiyi dairədən Nizami Babaşov və Rüfət Quliyevin seçildiyi dairədənsə Əlimərdan Əliyevun  mandat qazanmaq şansı çox azdır. 

Bundan əlavə hər dəfə parlamentdə 40-dan çox bitərəf təmsil olunur. Yəqin ki, bu dəfə də tarix təkrarlanacaq və YAP-ın namizəd irəli sürdüyü bir çox dairələrdən bitərəflər qalib olacaq.

Bir sözlə, YAP bu dəfəki parlament seçkilərinə çox iddialı qatılsa da, onun 72-73 mandat qazanacağı daha real görünür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

İranın neft ixracı dayandırıldı – Həmmati

İranın neft ixracı dayandırıldı – Həmmati

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Dövlət hərracında 15 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə -Fotolar

Azərbaycanda yeni viza altnövü TƏSİS EDİLƏCƏK

Azərbaycanda yeni viza altnövü TƏSİS EDİLƏCƏK

İlham Əliyev turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramını TƏSDİQLƏDİ

İlham Əliyev turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramını TƏSDİQLƏDİ

Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? – AYB-dən AÇIQLAMA

Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? – AYB-dən AÇIQLAMA

26 minədək abituriyent kənarda qalacaq - Ekspertdən XƏBƏRDARLIQ

26 minədək abituriyent kənarda qalacaq - Ekspertdən XƏBƏRDARLIQ

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi TƏSDİQLƏNDİ

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi TƏSDİQLƏNDİ

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən həyatını itirdi

Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən həyatını itirdi

Bakıda ödənişli yollar olacaq - İşlərə başlanıldı

Bakıda ödənişli yollar olacaq - İşlərə başlanıldı

Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava – Video

Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava – Video

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Yemək soyusa da, “vicdan” təmiz qaldı – VİDEO

Yemək soyusa da, “vicdan” təmiz qaldı – VİDEO

Tovuzda 41 yaşlı qadını ilan sancdı

Tovuzda 41 yaşlı qadını ilan sancdı

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlandı

End of content

No more pages to load

RADİO