Eks-nazir: “Həmsədrlər çıxırdılar otaqdan, erməni nazirlə oturub söhbət edirdik”

Xəbər verdiyimiz kimi, iyulun 18-də Britaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək. Birliyin dördüncü sammitinə 47 dövlət və hökumət başçısı dəvət olunub. Dəvət olunanlar arasında Avropa İttifaqına üzv ölkələr, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və digər ölkələr var. Beləki, Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşə biləcəyi istisna edilmir.

Bəs, Avropa Siyasi Birliyinin sammitində baş tutacaq görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı gözləntilər nələrdir? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov demokrat.az-a açıqlamasında fikirlərini bölüşüb. 

Elmar Məmmədyarov bildirib ki, ən yaxşısı Azərbaycan-Ermənistan sərhəddində baş tutacaq görüşdür:

“Mən elə ilk gündən ən yaxşı formatın birbaşa görüş format olduğunu deyirdim. Sülh danışıqları başlayanda biz çalışırdıq ki, birbaşa danışıqlar aparaq. Mənim dövrümdə Minsk qrupu həmsədrləri oturanda tez-tez deyirdim ki, imkan yaradın, biz təkbətək danışaq. Beynəlxalq təşkilatda təsdiqlənmiş qurum idi. Həmsədrlər çıxırdılar otaqdan, erməni nazirlə oturub söhbət edirdik. Burada məntiq çox asandır. Çünki vasitəli görüşlərdə həmişə üçüncü tərəfin öz marağı olur. Məsələn, ABŞ, Rusiya, Fransa, Avropa İttifaqı iştirak etməsə də, gəlib izləyirdi. Onların öz milli maraqları vardı. 

İkincisi, təkbətək danışanda bədən dili deyilən bir anlayış var, mimikadan, davranışdan qarşındakını bilirsən. Açıqlayırsan ki, onsuzda sən Qarabağı nə müstəqil şəkildə, nə də Ermənistana birləşdirə bilməyəcəksən. Bu, mümkün olan məsələ deyil. Təkbətək görüşlərdə hansısa inkişafa nail olmaq olar. Azərbaycan dəfələrlə bunu bəyan edib. Vaşinqtonda olarkən hörmət əlaməti olaraq Entoni Blinken dəvət elədi, görüş baş tutdu. İndi də London da belə təşəbbüs var. Bunlar hörmət əlaməti kimi qəbul olunmalıdır. Gərək ciddi görüşlər birbaşa olsun. 

Üçüncüsü də, Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatından sonra tam şəkildə nəzarəti ələ aldı. O zaman Ermənistanla nəyə görə kiminsə vasitəsi ilə danışaq ki? 

Doğrusu, ən yaxşı variantı Qazaxıstan təklif etdi. Almata görüşündə Qazaxıstan tərəfi əvvəldən bəyan elədi ki, biz qarışmırıq. Təklif etdilər ki, sadəcə görüşü təşkil edirik, dəvət edirik, iki tərəf və ekspertlər bir yerdə oturub müzakirə edin. Çünki vasitəçi görüşlər digər ölkələrdə qısqanclıqla qarşılanır. Vaşinqtonda görüşürsən, Moskva və ya Brüssel qısqanclıqla yanaşır”. 

Elmar Məmmədyarovun sözlərinə görə, Ermənistan öz konstitusiyasını dəyişməsə, sülh sazişi imzalamağın heç bir mənası yoxdur:

“Sülh sazişinə gəlincə, ermənilər 1-ci növbədə öz qanunvericiliyində, konstitusiyalarında düzəlişlər etməlidir. Cənab Prezident təklif elədi ki, layihəni dəqiqləşdirək, mətni hazırlayaq, razılaşaq, sonra Ermənistan konstitusiyasını dəyişdirəndə sülh müqaviləsinə imza atarıq. Konstitusiyadan başqa onlarda Qarabağ ilə bağlı bəzi məqamlar var ki, mütləq dəyişdirilməlidir. Hamı bilir ki, Qarabağın büdcəsi Ermənistanın büdcəsinin bir hissəsi idi. Əvvəl deyirdilər ki, biz kredit veririk. Deyirdim, sən nəyin əsasında Qarabağa qanunsuz kredit verirsən və s. Bunlar tam şəkildə BMT qətnamələrinə ziddir.

Artıq Azərbaycan "qırmızı xətt" çəkib. Ermənistanın konstitusiyası dəyişməsə, sülh sazişi imzalanmayacaq. Çünki sabah Ermənistanda revanşist qüvvələr sülh sazişini aparıb Ermənistanın Konstitusiya Məhkəməsinə deyəcəklər ki, misal üçün 1-ci bənddə filan maddə ziddir. Konstitusiya Məhkəməsi də baxıb təsdiqləyəcək. Ona görə də işimizi elə ehtiyatlı tutmalıyıq ki, bilmək olmaz sabah Ermənistanda hakimiyyətə kim gələcək. Bu gün Paşinyandır, sabah isə o birisi olacaq. Dəqiq bilmə bilmərik ki, başqası gələndə hansı mövqeyi tutacaq. 

Cənab İlham Əliyev dedi ki, Ermənistan nə zaman konstitusiyasını ya parlament vasitəsi ilə, ya da referendum ilə dəyişdirər, Azərbaycan da o zaman sülh müqaviləsini imzalayar. Əslində, o sülh sazişi daha çox Ermənistanın milli maraqlarına uyğundur. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü ölkədir, onsuz da inkişaf etməkdədir”. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

Tanınmış BDU professoru dünyasını dəyişdi

Tanınmış BDU professoru dünyasını dəyişdi

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Sumqayıtda mebel sexi yandı – VİDEO

Sumqayıtda mebel sexi yandı – VİDEO

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

End of content

No more pages to load

RADİO