Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını müəyyən edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə siyahıda sürpriz adlar var. YAP-ın namizədləri siyahısında Eyvaz Qurbanovun da adı var.
Qeyd edək ki, Eyvaz Qurbanov ötən gün Dövlət başçısının imzaladığı sənədə əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
O bu dəfə qanunverici orqanda təmsil olunmağa çalışacaq. Nəzərə alaq ki, Eyvaz Qurbanov bundan əvvəl bir dəfə Milli Məclisə mandat qazanıb. O 2005-2010-cu illərdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən parlamentə üzv seçilib.
Surxay Atakişiyev, Bizim.Media