Xaricdə yaşayan azərbaycanlılara 3 min manatadək yardım ediləcək

Nazirlər Kabineti xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydasının təsdiq edilməsi barədə qərar qəbul edib. 

Bizim.Media-nın məlumatına görə, qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu Qayda “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hazırlanıb və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.

Yeni qayda ilə sosial yardım almaq üçün müraciətə əsas yaradan hallar da müəyyənləşib. 

Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:

- qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;

- fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;

- vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

Qaydaya əsasən, sosial yardım almaq üçün müraciət forması da məlum olub.

Sosial yardım almaq üçün müraciət edən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməklə, müraciəti elektron formada həyata keçirir. Bunun üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:

- sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;

- yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.

Elektron formada göndərilmiş müraciət dərhal qeydiyyata alınır və 1 (bir) iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndərilir. Məlumatın göndərildiyi tarix sosial yardımın göstərilməsi üçün müraciət edilən gün sayılır.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların sosial yardım almaq üçün təqdim etdikləri xarici ölkənin dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunur.

Yeni qayda ilə sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi haslları da müəyyən olunub.

Sosial yardım almaq ilə bağlı müraciətlərə onların daxil olduğu gündən bu Qaydanın 3.1.1-ci yarımbəndində (qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər ) nəzərdə tutulmuş hallara dair 25 (iyirmi beş) iş günü, 3.1.2-ci yarımbəndində (fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda) nəzərdə tutulmuş hallara dair 5 (beş) iş günü, 3.1.3-cü yarımbəndində (vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda) nəzərdə tutulmuş hallara dair 3 (üç) iş günü müddətində Fond tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.

Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

- bu Qaydada nəzərdə tutulan sənədlərdə əks olunan məlumatlarda uyğunsuzluq aşkar edildikdə və ya göstərilən məlumatlar tam və ya düzgün olmadıqda;

- şəxs yaşadığı ölkənin müvafiq dövlət orqanlarından sosial yardım aldıqda.

Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi hallarda yardımın məbləği və göstərilmə tarixi, təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildiyi hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın surəti həmin gün müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir. Sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Yeni qaydaya əsasən, sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.

Sosial yardım müraciət edən şəxsin bank hesabına, cənazənin Azərbaycan Respublikasına gətirilməsinə məsul olan qurumun hesabına köçürülmə yolu ilə ödənilir.

Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir. Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

2 avqust - Azərbaycan Kinosu Günüdür

2 avqust - Azərbaycan Kinosu Günüdür

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

End of content

No more pages to load

RADİO