Tarixin uğursuz sui-qəsd cəhdləri – Kimi 638 dəfə öldürmək istəyiblər? - ARAŞDIRMA 

Tarixin bütün dövrlərində dövlət başçıları sui-qəsdə məruz qalıblar. Bəzi sui-qəsdlər nəticəsində qatil öz istəyinə çatıb, bəziləri isə tarixdə baş tutmayan sui-qəsd cəhdi kimi qalıb.

Ötən gün, ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub. Seçilərlə görüşü zamanı keçmiş prezidentə atəş açılıb. Yerli kanallar vasitəsilə canlı yayınlanan hadisə zamanı Trampın qulağından yara aldığı məlum olub.

Bizim.Media dünyada baş vermis uğursuz sui-qəsdləri təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Sui-qəsd cəhdinə məruz qalan Tramp: "Mən ölməli idim" 


Ən çox sui-qəsdə məruz qalan ABŞ prezidentləri 

Dövlət başçılarına edilən sui-qəsdlərin sayına görə ABŞ liderdir. İndiyə qədər 4 ABŞ prezidenti sui-qəsdin qurbanı olub. Bir neçəsi isə sui-qəsdən son anda qurtula biliblər.

Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson olub. 1835-ci ildə prezidentə atəş açmaq üçün yaxınlaşan şəxsin tapançası açılmayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. O, işsiz olduğu üçün buna əl atdığını bildirib.

Amerikada daha bir uğursuz sui-qəsd cəhdi prezident Teador Ruzveltə olub. Hadisə 1912-ci ildə seçki kompaniyası zamanı baş verib. Güllə yarası alsa da xilas ola bilib. 

1933-ci ildə Zanqara adlı anarxist prezident Franklin Ruzveltə atəş açdığı zaman güllə ona yox, Çikaqonun meri Entoni Çermaka dəyib. Buan səbəb Zanqaranın boyunun qısa olması göstərilib.

Prezident Cerald Forda qarşı iki dəfə sui-qəsd cəhdi olsa da o, bunların hər ikisindən sağ-salamat çıxa bilib. Hadisələrin hər ikisi 1971-ci ilin sentyabrında baş verib. 

ABŞ prezidebti Ronal Reyqan Vaşinqtondakı Hilton hotelindən çıxarkən sui-qəsdə məruz qalıb. 25 yaşlı Con Hinklinin atdığı güllə prezidentin döş qəfəsini yararaq ürəyindən 1 sm aralı keçib. Həkimlərin 4 saatlıq əməliyyatından sonra prezident həyatda qalıb. Hadisə zamanı nəticədə qismən iflic olan mətbuat katibi Ceyms Bredi də daxil olmaqla, daha üç nəfər güllə yarası almışdı.

Amerikada ən çox sui-qəsdə məruz qalan prezident Bill Klintondur. Yayılan məlumata görə, onu ümumilikdə 30 dəfə öldürmək istəyiblər. 

Kiçik Corc Buşa da prezidentlik dövründə bir neçə uğursuz sui-qəsd olub. Sonuncu dəfə onu Tiflisdə öldürmək istəyiblər. 10 may 2005-ci ildə Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməni əsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından tutulub.

Fidel Kastro sui-qəsd üzrə rekordçu hesab olunur.

Onu 638 dəfə öldürmək istəyiblər. 

İraqın sabiq prezidenti Səddam Hüseynə də sui-qəsd cəhdləri olub. O, özü sui-qəsd qurbanı olmasa da, oğlu Uday 1996-cı ildəki sui-qəsd nəticəsində iflic olub.

Sovet və Rusiya dövlət başçıları da sui-qəsd cəhdlərindən sığortalanmayıblar

Bolşevik inqilabının lideri Leninə ilk sui-qəsd cəhdi 1918-ci ilin yanvarında olub. Həmin ilin eyni ayında ikinci sui-qəsd də edilib. Üçüncü sui-qəsdi isə Fanya Kaplan edir. Onun atdığı güllələrdən biri Leninin əlinə, biri yanındakı xanıma dəyir. Kaplan ifadəsində onu öldürməyə çoxdan qərar veridyini deyir. O, Leninin inqilaba xəyanət etdiyini bildirir. Kaplanın heç bir sui-qəsd iştirakçısının adını çəkməyəcəyi məlum olduqda 3 sentyabr 1918-ci ildə Aleksandr bağında başının arxasına vurulan güllə ilə öldürülür. Cəsədi çəlləyə qoyularaq yandırılır.

1942-ci ildə Stalinə Saveli Dmitriyev tərəfindən sui-qəsd olunub. O, Stalinin əyləşdiyi avtomobili ticarət üzrə xalq komissarının oturduğu maşını səhv salıb. Saveli 8 il sonra güllələnib. 

SSRİ-nin ilk və son prezidenti Qarbaçova 1990-cı ilin 7 noyabr paradında sui-qəsd cəhdi olunub. 

Hazırkı Rusiya prezidenti Vladimir Putin amerikalı rejissorun onunla bağlı hazırladığı filmdə 5 sui-qəsdə məruz qaldığını etiraf edib.

İranın keçmiş prezidenti Mahmud Əhməd Nejata da 2010-cu ildə sui-qəsd edilib. Ona tərəf atılan əl bombasına görə bir neçə nəfər yaralanıb.

1999-cu ildə hazırda həyatda olmayan Özbəkistan prezidenti İslam Kərimovu da öldürməyə cəhd ediblər. Prezidentin olduğu binada 6 partlayış olsa da o, xəsarət almayıb.

Baş tutmayan sui-qəsdə görə ən ağır cəza

Tarixdə etdiyi sui-qəsdə görə ən ağır cəza alan şəxs Rober Damyendir. 1757-ci ildə XV Fransa Kralı Luisin üzərinə atlayıb və onu bıçaqlayıb. Krla ciddi xəsarət almasa da Damyen kral qatili olaraq mühakimə edilib. Damyenin bədəni əvvəlcə qızdırılmış metal löhvənin üzərinə uzadılıb.

Silahı tutan əli, kükürd və qaynadılmış yağ ilə yandırılıb. Sonra müxtəlif yerlərdən 4 ata bağlanan Rober Damyenin bədəni kütlənin gözü qarşısında dörd hissəyə bölünüb və bədəni yandırılıb. Ölümündən sonra evi yandırılmış, ailə üzvləri soyadlarını dəyişərək ölkəni tərk ediblər.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO