Ceyhun Bayramov: “ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. 

Bildirilib ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub. 

Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə, təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərindən olduğu diqqətə çatdırılıb. 

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib. 

Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, ölkəmizin bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib. 

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib.

Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb. 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO