Azərbaycanın İrandakı səfirliyi 15-20 günə işini bərpa edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İslam respublikasının XİN rəsmisi Müctəba Dəmirçilu yerli KİV-ə bildirib.
O, qeyd edib ki, rəsmi Tehran hələlik Azərbaycana yeni səfirini təyin etməyib.
Dəmirçilunun sözlərinə görə, ölkədə yeni hökumət formalaşandan sonra səfir təyinatı məsələsinə baxılacaq.
Xatırladaq ki, Azərbaycanın Tehrandakı səfirliyi ötən ilin yanvarında baş verən silahlı hücumdan sonra fəaliyyətini dayandırıb.
Bizim.Media