İran-Azərbaycan münasibətlərində YENİ ERA - Pezeşkiandan siyasi-iqtisadi konsepsiya gözləməliyikmi?

İranda 14-cü prezident seçkilərinin ikinci turunun nəticələrindən sonra islahatçı namizəd, cənubi azərbaycanlı Məsud Pezeşkian İslam Respublikasının 9-cu prezidenti seçilib.

Pezeşkianın seçkilərdə Azərbaycan amilinə ciddi yer verməsi gələcək dövr üçün müəyyən siqnallar ötürür. Bunu da unutmamalıyıq ki, Azərbaycan-İran münasibətlərində kəskin dövr onsuz da arxada qalıb. 

Bəs Pezeşkianın prezident seçilməsi münasibətlərin müsbət istiqamətdə daha pik mərhələyə çatacağından xəbər verirmi?

VI çağırış deputatı Hikmət Babaoğlu mövzunu Bizim.Media-ya belə şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

İranda ilk dəfə azərbaycanlı prezident SEÇİLDİ – Bu regionda nəyi DƏYİŞƏCƏK? 


O bildirib ki, Pezeşkianın İranda islahatçı siyasi qanadı təmsil etməsi ilə bağlı ümumi rəyə bir qədər ehtiyatla yanaşmaq lazımdır:

“Çünki nəticə etibarilə bu ölkədə mövcud olan siyasi cərəyanların hamısı bir qədər şərtidir və vahid teokratik sistemin tərkib hissəsidir. Ona görə də Məsud Pezeşkian həyata keçirdiyi islahatlarda İran daxilində nə qədər effektiv olacaqsa, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaqda da bir o qədər uğurlu olacaq.

Məsələ ondadır ki, İran kimi olduqca mürəkkəb etnik və ideoloji sosiologiyaya malik olan bir ölkədə ilk seçkidə 53 faizdən çox səs toplamaq bir siyasətçi üçün çox böyük nailiyyətdir. Ancaq bu kütləvi dəstəyi siyasi dividentə çevirmək və onu idarəetmədə tətbiq etmək hörmətli Pezeşkianın prosesləri idarəetmə bacarığından asılı olacaq. Ümid edirik ki, Pezeşkian bütün bunların öhdəsindən gələ biləcək”.

Pezeşkiandan yeni siyasi-iqtisadi konsepsiya gözləməliyikmi? 

H.Babaoğlu qeyd edib ki, Pezeşkiandan yeni siyasi-iqtisadi konsepsiya gözləmək İranın indiki şərtlərində bir qədər reallıqdan uzaqdır:

“Ona görə də biz daha dəqiq təhlili Pezeşkianın fəliyyətinin ilk 100 günlüyündən sonra apara biləcəyik. Arzumuz isə odur ki, Məsud Pezeşkian ilk rəsmi səfərini dost və qardaş Azərbaycana etməklə İran – Azərbaycan münasibətlərində yeni bir ənənə yaratsın. Çünki regionda İranın Azərbaycandan daha yaxın dostu və müttəfiqi ola bilməz”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

End of content

No more pages to load

RADİO