Makron dalana DİRƏNİB - Zərbələr təkcə sağdan yox, soldan da GƏLİR

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda Yeni Xalq Cəbhəsi solçu alyansı qalib olub. Onlar Milli Assambleyada 182 yer qazanıb. Solçuların lideri Jak-Luk Melanşondur. 

Bu barədə "Le Monde” qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirib.

İkinci yeri 168 mandat qazanan "Birgə!” prezident koalisiyası tutub. Gözlənildiyinin əksinə olaraq, Le Penin qatı sağçı Milli Birlik Partiyası birinci turda əldə etdiyi yüksək nəticələri təkrarlaya bilməyib. Milli Assambleyada onlar 143 yerlə təmsil olunacaqlar. Halbuki, Le Penin partiyası bir həftə bundan qabaq səslərin 33,15 faizini əldə edərək, seçki marafonunun birinci turunun qalibi olmuşdu. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın üzərini “qara buludlar” ALDI – Küncə sıxılan Makronu nə GÖZLƏYİR?


Seçkilər niyə Makronun gözlədiyi kimi olmadı? 

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, seçkilərin nə birinci, nə də ikinci turu Makronun gözlədiyi kimi olmadı: 

“Avropa Parlamentinə keçirilən seçkilərdən dərhal sonra Fransa Prezidenti Makron parlamenti buraxaraq yeni seçkilər təyin etdi. Ümid etdi ki, sağ radikallar əleyhinə bütün qüvvələri öz bloku ətrafında toplaya biləcək və belədə parlamentdəki mövqeyini də gücləndirəcək. Ancaq onun gözlədiyi olmadı. Seçkilər solçuların qələbəsilə başa çatdı. Sağ radikallar da səslərini artırdı. Makronun bloku çox olmasa da, səs itirdi. Vəziyyət bir qədər də kəskinləşdi. Hökumətin təşkili üçün heç bir partiya tələb olunan çoxluğa malik deyil”. 

Fransa hökuməti necə fəaliyyət göstərəcək? 

Həmsöhbətimiz qeyd edir ki, mövcud vəziyyətdə baş nazirin kim olacağı, hökumətin neçə fəaliyyət göstərəcəyi ciddi sual altındadır: 

“Yaranmış vəziyyətdə Makronun mövqeyi bir qədər də zəifləyəcək. Fransada prezidentin kifayət qədər səlahiyyəti olduğundan bu nəticələr onun üçün elə də ciddi problem yaratmayacaq.

Ancaq bütövlükdə Fransa xalqı Makronun mövqeyini dəstəkləmədiyini qısa zaman kəsiyində ikinci dəfə nümayiş etdirdi. Bununla da Makron vəziyyətini bir qədər də ağırlaşırdı. Bundan sonra onun səlahiyyətlərini icra etməsində, xüsusən də parlamentə münasibətdə ciddi problemlər yaranacaq. Lakin Fransada prezidentin səlahiyyətlərinin çox olduğunu nəzərə alsaq, Makron çətinliklə də olsa, öz düşündüklərini müəyyən qədər icra etmək imkanını saxlayacaq.
Seçkilər Makronun düşündüyü kimi olmadı. Ancaq sağ radikallar da ümid etdikləri nəticəni qazana bilmədi. Proses gözlənilməz sonluqla başa çatdı, solçular qalib gəldi. İndi bu vəziyyətdən çıxış yolu tapmaq, icra və qanunverici orqanın birgə fəaliyyətini təşkil etmək Prezident üçün kifayət qədər problemli olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

End of content

No more pages to load

RADİO