Şuşadakı Zirvə görüşü Qərbin planlarını POZDU - Gözlər daha Avropaya DİKİLMİR

İyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü hələ də dünya gündəmindən düşmür. Bəzi dövlətlər və təşkilatlarsa Zirvə görüşündən ciddi şəkildə narahatlıq keçirir. Türk liderlərin bir araya gəlməsi və burada aparılan vacib məsləhətləşmə, xüsusən də Qərbi ciddi narahat edib. 

Xəbər verdiyimiz kimi Zirvə görüşünə Macarıstanın baş naziri Viktor Orban da qatılıb. Nəzərə alaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Aİ Şurasına sədrlik edir. Bununla paralel Macarıstan 2014-cü ilin iyulundan TDT-də müşahidəçi statusunda iştirak edir. Bu iki faktoru bir araya sığışdıra bilməyən avropalı siyasətçilər təkcə narahat olmayıblar, həm də təşvişə düşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı rəhbərliyi Orbanın Şuşa səfərindən niyə narahat olub? – PƏRDƏARXASI MƏQAMLAR 


Orbanın qətiyyəti Qərbin yuxusunu qaçırıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Şimali Kipr Türk Cümhuriyyətinin Şuşa Zirvə görüşündə iştirakından bərk narahat olub. TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərinə etiraz edib.

Borreli ən çox narahat edən bir də o olub ki, ŞKTC lideri Aİ Şurasına sədrlik edən bir ölkənin lideri ilə eyni masaya əyləşib. Buna görə o Macarıstanın baş nazirini qınayıb da. 

Amma qarşı tərəfin cavabı çox gecikməyib. Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin siyasi direktoru Balaj Orban Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin açıqlamasına münasibət bildirərkən deyib ki, Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT təşkilatının özü heç vaxt Avropa İttifaqını özünün “türk” tərəfdaşı hesab etməyib ki, onun üzvləri və hətta müşahidəçi dövlətlər arasında bütün Avropa İttifaqından bir nümayəndə olsun:

"Harada nahar edəcəyimizə və ya kiminlə görüşəcəyimizə qərar vermək üçün sizdən icazə istəmirik. Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur".

Ermənipərəst deputat da susa bilmədi…

Orbanın Zirvə görüşünə qatılmasına etiraz edənlərdən biri də Avropa Parlamentinin deputatı Natali Luazo olub. O bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Aİ üçün qalmaqaldır:

“Viktor Orbanın Türk Dövlətlərinin Zirvə görüşündə Şimali Kipr təmsilçisi ilə Qarabağda iştirakı Macarıstan üçün biabırçılıqdır. Belə çıxır ki, Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alır”.

Qərb nədən narahatdır?

Göründüyü kimi, Qərbin bəzi siyasi dairələri Şuşa görüşündən bərk təşvişə düşüb. Bu narahatlığınsa bir sıra səbəbləri var.

Əvvəla Qərb postsovet ölkələrini Aİ üzvülüyünə şirnikləndirərək onlardan öz məqsədləri üçün alət kimi istifadə edir. Belə bir zamanda Aİ Şurasının sədri olan bir ölkənin TDT-yə açıq şəkildə maraq və dəstək göstərməsi Qərbi bərk əsəbiləşdirib. Bu fakt Qərbin potsovet ölkələrə qarşı təsir imkanlarını xeyli zəiflədir. Bununla belə Qərb geri çəkilmək istəmir və Aİ-nin ən ali qurum olduğunu irəli sürür. Lakin real hadisələr göstərir ki, bir çox ölkələr üçün Aİ o qədər də maraqlı deyil. Aİ-yə can atmayan ölkələr sırasında Azərbaycan, Qazaxıstan və digər ölkələr var.  

İkinci səbəbsə odur ki, Aİ yeni dünya düzənində onların iştirakı olmadan hansısa güc mərkəzinin yaranmasını istəmir. Ona görə də Orbanın Azərbaycana gəlişi Aİ-ni rəncidə edib.

Çünki, Macarıstan TDT ilə əməkdaşlığa xüsusi önəm verir. Hətta Zirvə görüşündə çıxışı zamanı Orban təklif etdi ki, TDT ölkələrinin birgə  İnvestisiya fondu yaradılsın. Belə bir qurum gələcəkdə Beynəlxalq Valyuta Fonduna və yaxud Avropa Yenidənqurma və İnkişaf Bankına ən yaxşı alternativ ola bilər. Ona görə də Qərb təşviş içindədir. Bu təşvişi boğmaq üçünsə hələlik Macarıstanın üzərinə gedilir. 

Macarıstanın geri durmaq kimi bir istəyi yoxdur

Macarıstanın baş naziri Viktor Orban Moskvadan Bakıya uçan təyyarədə İsveçrənin “Die Weltwoche” qəzetinin müxbirinə müsahibəsində deyib ki, Avropa bürokratları heç vaxt dünyaya sülh gətirməyəcək:

“Bunun üçün məmurun yox, dövlət xadiminin-siyasətçinin siyasi iradəsi lazımdır”.

Macar diplomat həmçinin bazar ertəsi edəcəkləri səfərlə sülh istiqamətində yeni addımların atılacağının da anonsunu verib. Lakin Orban səfərin məkanını açıqlamayıb.

Bu günsə məlum olub ki, Macarıstanın Baş naziri Viktor Orban Pekində Çinin dövlət başçısı Si Cinpinlə görüşüb.

Bu da onu göstərir ki, Aİ getdikcə öz aktuallığını itirir. Və Avrasiyada yeni güc mərkəzləri yaranır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

End of content

No more pages to load

RADİO