İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Orden Pyotr Qlıboçkoya Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə verilib.
Bizim.Media