Siyasi ŞƏRHÇİ: “İran Türk Dövlətləri Təşkilatına üzv olacaq” - FOTO

İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. Bildiyimiz kimi,  İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

Bizim.Media xəbər verir ki, İranda keçirilən prezident seçkiləri və bu seçkidə Azərbaycan əsilli siyasətçinin qalib gələrək prezident seçilməsini interpress.az-a şərh edən siyasi şərhçi Toğrul Allahverdili bunu təkcə İran azərbaycanlılarının deyil, bütün Türk dünyasının uğuru adlandırıb.


“Bilirsiniz ki, bu gün qonşu İranda prezident seçkiləri başa çatdı, artıq yeni seçilən prezident Məsud bəy qalib oldu. Bir azərbaycanlı və türk millətinin nümayəndəsi olaraq bu, məni çox sevindirir.

Bir məsələni xüsus olaraq qeyd etmək istəyirəm ki, mən İran rejimini, bundan öncəki rəhbərliyini ən çox və sərt tənqid edən şəxslərdən biri olaraq Məsud bəyin prezident seçilməsini çox arzulayırdım. Şükürlər olsun ki, millətimiz qərarını verdi. İranda bir daha bu sübut olundu ki, İran adlanan dövlətdə əsas söz sahibi, əsas aparıcı qüvvə türklərdir, Azərbaycan türkləridir və bu da dünyaya sübutdur ki, seçmə və seçilmə hüququ olarsa, azərbaycanlılar nəyə qadirdır.

Məsud bəyin çıxışlarını hər birimiz dinləmişik, onun hansı baxışa sahib olduğu hər kəsə bəllidir. Bir daha uğurlar arzulayıram və düşünürəm ki, İran-Azərbaycan münasibətləri bundan sonra daha da irəliləyən xətt üzrə inkişaf edəcək.

Bir məsələni xüsus olaraq diqqətinizə çatdırım ki, Məsud bəyi ilk təbrik edənlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu və ölkəmizə səfərə dəvət etdi.

Bu təbrik sırf Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə görüşü ərəfəsində və həmin yerdən oldu. Bu da onu deməyə əsas verir ki, bu, öz-özlüyündə bir simvolik məna daşıyır.

Müstəqil şəxs olaraq hesab edirəm ki, gələcəkdə İran da Türk Dövlətləri Təşkilatının üzvü ola bilər. Çünki Türk Dövlətləri Təşkilatı dünyada artıq söz sahib olan aparacı bir təşkilata çevrilib və İran da türk dövlətlərinə üzv olmaqla regionda inkişafı üçün onun əsas hissəsi ola bilər.

Düşünürəm ki, gələcəkdə bir çox dövlətlər TDT-nin üzvü olacaqlar. Artıq Avropa ölkəsi Macaristanın müşahidəçi üzv olması bunun göstərincisidir.

Ola bilər ki, gələcəkdə Rusiya, İran, hətta Pakistan və digər region dövlətləri də TDT-yə üzv olsunlar və əməkdaşlığı gücləndirsinlər.

Hesab edirəm ki, İranda hakimiyyətə bir türk kimliyinin, türk prezidentin gəlməsi və onun türk dilinə həssaslığı İranın maraqlarını qorumaq çərçivəsində bu dilin İranda varlığının qoruyucusu olacaq. və təbii ki,  Hesab edirəm ki, İran yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olacaq.
Bir şeyi qeyd etmək istəyirəm ki, uzun illərdir, hətta əsrlərdir, biz İranda hakimiyyətə gələnə qədər türkçülüyü qorumağa söz verən, dilimizə sadiq qalaraq fəaliyyət göstərəcəyini vəd verən və sonradan sözünə əməl etməyən, türkləri, azərbaycanlıları sıxışdıran, öz dilində nəinki oxumağa, hətta danışmağa belə qadağa qoyan siyasətçilər, rəhbərlər görmüşük.

Ümidvarıq ki, İranda yeni prezident seçilən Azərbaycan Türkü Məsud bəy öz vədinə xilaf çıxmayacaq, türk millətinin hüquqlarını müdafə edəcək, türkçülüyü qoruyub saxlayacaq “, – Toğrul Allahverdili vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

End of content

No more pages to load

RADİO