Azərbaycan-Çin münasibətlərində YENİ SƏHİFƏ – Ölkəmiz bu əməkdaşlıqdan NƏ QAZANACAQ?

Xəbər verdiyimiz kimi, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Çin lideri Si Szinpin arasında görüş baş tutub. Görüş zamanı Azərbaycan və Çin liderləri ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını  bildiriblər. 

Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Szinpinlə görüşdə qeyd edib ki, artıq Çinin 6 şəhərində ticarət evi açıb. 

Çin tərəfi isə bəyan edib ki, Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Görüş çərçivəsində Çin və Azərbaycan ikitərəfli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini də bəyan ediblər. 

Bundan əlavə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sözügedən bəyannamədə tərəflər arasında siyasi-iqtisadi, o cümlədən təhlükəsizlik məsələləri ilə bağlı müddəalar öz əksini tapıb.

Görəsən, Azərbaycan Çin münasibətlərinin inkişafı ölkəmizə nə qazandıracaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Pekinlə Bakı arasında maraqları üst-üstə düşən məqamlar çoxdur:

“ŞƏT sammiti çərçivəsində Azərbaycan Prezidenti bir sıra görüşlər keçirib. Bunlar arasında Çin lideri Si Szinpinlə olan görüşü xüsusi qeyd etmək lazımdır. Bakı müstəqilliyin ilk illərindən Pekinlə fəal əməkdaşlıq edir. Bu gün isə həmin münasibətlər özünün ən yüksək səviyyəsindədir. Bunu şərtləndirən bir sıra amillər var. Hər iki ölkə dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, bərabərhüquqlu münasibətlər və əməkdaşlıq yaratmaq prinsiplərindən çıxış edir. Onlar təhlükəsizlik, separatizmə qarşı mübarizə məsələsində də ortaq mövqeyə malikdirlər”. 

“ŞƏT Azərbaycan üçün cəlbedici platformadır”

Deputat qeyd edib ki, Pekin ərazi bütövlüyü məsələsində də hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib:

“Bakı da vahid Çin ideyasını dəstəkləyir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinə də dəstək verib. Azərbaycan Prezidenti Çin liderilə görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın dinamik olduğunu vurğulayıb. Artıq Çinin 6 şəhərində Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir. 

Bakı Çin vətəndaşlarının ölkəmizə vizasız gediş-gəlişinə də imkan yaradıb. Çin tərəfi də öz növbəsində bu məsələyə baxacağını vurğulayıb. Görüşdə ŞƏT çərçivəsində Azərbaycanın statusunun yüksəldilməsi məsələsinə də diqqət yetirildi. Çünki bu təşkilat Azərbaycan üçün cəlbedici platformadır. ŞƏT ölkələrilə Bakının ikitərfəli əməkdaşlığı dinamik inkişaf edir. Bu prosesdə Çin də mühüm rol oynayır. 

ŞƏT-də Azərbaycanın səmərəli iştirakçılığı Bakı-Pekin münasibətlərindən asılıdır. Ən başlıcası, tərəflər arasında strateji tərəfdaşlıq barədə birgə bəyannamə imzalandı. Bu isə tərəflər arasında əməkdaşlığın istiqamətlərini özündə aydın ifadə edən bir sənəddir”. 
Həmsöhbətimiz bildirir ki, sənədə uyğun olaraq, qarşılıqlı fəaliyyət və əməkdaşlığın həyata keçirilməsi gələcəkdə Azərbaycan Çin münasibətlərinin sözün həqiqi mənasında ən yüksək inkişaf səviyyəsinə çatmasına şərait yaradacaq:

“Əməkdaşlıq üçün geniş imkanlar və ortaq maraqlar mövcuddur. 

Çin liderinin Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi olaraq vurğulaması da Fondun Azərbaycan-Çin münasibətlərinin inkişafında xüsusi rolunun olduğuna dəlalət edir. Azərbaycan və Çin şəhərləri arasında qardaşlaşma təcrübəsi də mövcuddur”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

End of content

No more pages to load

RADİO