Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTO/VİDEO

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib:

"Hörmətli Kasım-Jomart Kemeleviç. Hörmətli dövlət və hökumət başçıları.

Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.

Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.

Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm. 

Sağ olun".














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

End of content

No more pages to load

RADİO