“Futbola siyasi eynək geyib baxmaq olmaz” – Elman Nəsirov   

Xəbər verdiyimiz kimi, Türkiyə killi komandasının futbolçusu Merih Dəmiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında (2:1) vurduğu qola “Bozqurd” işarəsi ilə sevinməsi dünya mediasında gündəm olub. Qol sevincindən sonra UEFA tərəfindən futbolçu haqqında "uyğun olmayan davranış"a görə araşdırma başladılıb. Bu isə milyonlarla  azarkeşin narazılığına səbəb olub.  

Bildirək ki, türk xalqlarının totemi olan Bozqurd qorxmazlığı, ram olunmazlığı, lider və döyüşçülük ruhunu təcəssüm edir.  

Bəs, Avropa ölkələrinin “Bozqurd” işarəsinə zorla irqçilik donu geydirməsinin səbəbi nədir? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, irqçilikdən danışanlar ilk növbədə, Avropanın böyük paytaxtlarında islamofobiya və ksenofobiya ilə mübarizə aparsalar, daha yaxşı olar.  

Elman Nəsirov qeyd edib ki, futbola belə siyasi eynək geyib baxmaq olmaz və burada qətiyyən irqçilik məsələsi yoxdur: 

“Avropa Çempionatı oyununda hər iki qolun müəllifi olan türkiyəli oyunçunun “Bozqurd” işarəsi göstərməkdə ittiham edilməsinin heç bir əsası yoxdur. Bozqurd türklərin bir simvoludur. Hesab edirəm ki, bu idman hadisəsini siyasiləşdirməkdən başqa bir şey deyil. Ümumiyyətlə, nə zaman idman qalıb kənarda, sadə bir hərəkətə siyasi don geyindirirlər. Bu zaman idman özünün mahiyyətini itirir. İdmanı bu qədər siyasiləşdirmək olmaz. Bu və ya digər dövlətə bunu təzyiq vasitəsinə çevirmək olmaz. Ona qalsa bu gün Avropada islamofobiya, ksenofobiya bir tendensiyaya çevrilib.  

Dünyada əksər dövlətlərin öz simvolları var. Məsələn, rus deyəndə insanın ağlına ayı assosiasiyası gəlir, hətta rus ayısı ifadəsi çox populyardır. Fransada xoruzu simvollaşdırıblar. İranda şir, ərəblər də dəvəni simvollaşdırıb. 

Hesab edirəm ki, məsələyə bu prizmadan yanaşdıqda çoxlu suallar yaranır. Görünür, Türkiyənin Avropanın əsas dövlətlərindən olan Avstriya komandasının üzərində qələbəsini gözləmirdilər.

Belə olan vəziyyətdə mən burada öz hikkələrini bu şəkildə ifadə etmək cəhdini görürəm. Hesab edirəm ki, oyunçuya qarşı belə qərəzli yanaşma Avropanın müasir idman qurumlarının, FİFA və UEFA-nın  imicinə qətiyyən müsbət heç nə qatmır. Əksinə, bir çox hallarda oyunda obyektivlikdən danışırlar, amma reallıqda isə öz davranışları obyektiv oyunun keçirilməsinə mane olur və bir siyasiləşmə tendensiyası diqqətdən yayınmır. Ona görə də biz bunun əleyhinəyik. Çoxmilyonluq Türkiyə tamaşaçısı da bu davranışı qınayır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

End of content

No more pages to load

RADİO