Astana zirvəsinin STRATEJİ ƏHƏMİYYƏTİ – Azərbaycanla əməkdaşlıq ŞƏT üçün niyə VACİBDİR?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirak etmək üçün Astanaya səfər edib. Səfər çərçivəsində dövlət başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüşləri nəzərdə tutulur.

Şanxay Əməkdaşlıq Təşkilatı nədir?

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran) var. Bundan əlavə, təşkilatın 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Azərbaycanla ŞƏT əməkdaşlığının tarixçəsi

Azərbaycanın ŞƏT-lə əməkdaşlığının tarixi 10 ilə yaxındır. Belə ki, 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.

Artıq ikinci dəfədir ki, İlham Əliyev ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. Təbii ki, bu da səbəbsiz deyil. Çünki Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından ŞƏT üçün mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşməsi, eləcə də enerji resursları ilə zəngiliyi səbəbindən Azərbaycan ŞƏT üçün ideal tərəfdaş hesab olunur.

Azərbaycanın regional güc kimi böyük təsir imkanlarına və nüfuza malik olması, COP29 kimi dünya səviyyəli tədbirə ev sahibliyi etməsi ŞƏT-in ölkəmizlə əməkdaşlığa marağını daha da artırır.

Azərbaycan da ŞƏT-lə əməkdaşlıqda maraqlıdır.

Bu da səbəbsiz deyil. İlk növbədə, rəsmi Bakı təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, ŞƏT ölkələrinin böyük iqtisadi potensialı da diqqəti çəkir. Ona görə də bu təşkilatla əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, o cümlədən iqtisadi inkşaf baxımından mühüm perspektivlər vəd edir. 

ŞƏT ilə əməkdaşlıq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşımların artmasına da təkan verəcək. Belədə, həm ŞƏT ölkələri, həm də Azərbaycan bu əməkdaşlıqdan yaxşı qazanc əldə edə biləcək.

Azərbaycan-ŞƏT əməkdaşlığının təhlükəsizlik baxımından da əhəmiyyəti var. Çünki regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

ŞƏT ilə əməkdaşlıq Azərbaycanın mövqeyinin dünyaya çatıdırlması baxımından da əhəmiyyətlidir. Nəzərə alaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisi – Rusiya və Çin təşkilata üzvdürlər. Bundan əlavə, təşkilatda Türkiyə, Pakistan, Hindistan və İran kimi güclü dövlətlərin də müxtəlif statuslarla təmsil olunduqlarını unutmamalıyıq. 

Nəticə olaraq, Astana görüşünün həm Azərbaycan, həm də ŞƏT üçün mühüm əhəmiyyət kəsb etdiyi göz önündədir. Qazaxıstan zirvəsinin Azərbaycan-ŞƏT əməkdaşlığında yeni səhifə açacağını proqnozlaşdıra bilərik.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

End of content

No more pages to load

RADİO