Azərbaycan və İsrail XİN rəhbərləri Qəzzanı MÜZAKİRƏ ETDİ 

28 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb. 

Azərbaycan XİN-dən Bizim.Media-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. 

Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunmasının, hər iki tərəfdən mülki əhalinin hədəf alınmamasının, İsrail-Fələstin münaqişəsininin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. 

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri olan işlər və planlar telefon danışığı zamanı nəzərdən keçirilib. 

Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib. 

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb. 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abramoviç "Çelsi" satışından əldə olunan pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi" satışından əldə olunan pulları Ukraynaya köçürməkdən imtina etdi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

Zelenski Putinlə telefon danışığına hazırlaşır – “Fox News”

Zelenski Putinlə telefon danışığına hazırlaşır – “Fox News”

2025-ci il enerji sektorunda hansı yeniliklərlə YADDA QALDI?

2025-ci il enerji sektorunda hansı yeniliklərlə YADDA QALDI?

Yeni ildə MİQREN kabusu - Bayram süfrəsi sizi nə qədər təhlükəyə atır?

Yeni ildə MİQREN kabusu - Bayram süfrəsi sizi nə qədər təhlükəyə atır?

Gəncədə 2 avtomobil toqquşdu – 2 nəfər xəsarət aldı

Gəncədə 2 avtomobil toqquşdu – 2 nəfər xəsarət aldı

Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar belə xilas edildi – VİDEO

Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar belə xilas edildi – VİDEO

Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

Bu il neçə yaşayış məntəqəsinə köç olub?

Bu il neçə yaşayış məntəqəsinə köç olub?

Xankəndidə tapdığı silah-sursatı evinə gətirdi – Qonşuları onu “satdı”

Xankəndidə tapdığı silah-sursatı evinə gətirdi – Qonşuları onu “satdı”

Bakıda məktəbli vəfat etdi – FOTO

Bakıda məktəbli vəfat etdi – FOTO

Bu marketlərdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu marketlərdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Bu ərazidə yeni svetoforlar quraşdırıldı – Həmişə qəza şəraiti YARANIRDI

Bu ərazidə yeni svetoforlar quraşdırıldı – Həmişə qəza şəraiti YARANIRDI

Azərbaycanda QİÇS xəstələrinin sayı 15 ildə xeyli artıb

Azərbaycanda QİÇS xəstələrinin sayı 15 ildə xeyli artıb

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirildi

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirildi

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınata yenidən MƏHKƏMƏ qarşısında

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınata yenidən MƏHKƏMƏ qarşısında

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq – VİDEO

Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq – VİDEO

Nazirliklərə kiberhücum edən şəxslərdən XƏBƏR VAR

Nazirliklərə kiberhücum edən şəxslərdən XƏBƏR VAR

End of content

No more pages to load

RADİO