Paris döyüş meydanına ÇEVRİLDİ – Makron məğlubiyyətini xaosla unutdurmağa çalışır – TƏHLİL 

Fransada növbədənkənar parlament seçkilərinin ilk turu başa çatıb. Seçkilərinin birinci turunda sağçı “Milli Birlik” partiyası və müttəfiq qüvvələr birinci yeri tutub, Makronun “Respublika uğrunda Birlikdə” koalisiyası isə üçüncü olub. Beləliklə, Daxili İşlər Nazirliyinin məlumatına görə, “Milli Birlik” 33,4 faiz, solçu Yeni Xalq Cəbhəsi isə 27,98 faiz səs toplayıb. Fransa Prezidenti Emmanuel Makronun koalisiyası 20,76 faiz səs yığıb.

Makron ağır məğlubiyyətə uğrayıb. 

Qeyd edək ki, bundan əvvəl Makronun rəhbərlik etdiyi İntibah partiyası Avropa Parlamentində uğursuzluğa düçar olmuşdu. Ard-arda gələn məğlubiyyətlər Makron və onun komandasında çaşqınlıq və təşviş yaradıb. Bu təşviş və çaşqınlıqsa küçələrə qədər sirayət edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransada parlament seçkilərindən sonra iğtişaşlar başladı - VİDEO


Təsadüfi deyil ki, növbədənkənar parlament seçkilərinin birinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra Fransanın mərkəzi şəhərlərində iğtişaşlar başlayıb. Təbii ki, mitinqlərə əsasən səsvermədə uduzan solçu siyasətçilər qatılıblar. 

“Le Figaro” qəzetinin məlumatına görə, etirazçılar polisə fişənglər atıblar. Polislər də sakit dayanmayıb. Etirazçılara cavab olaraq   gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə ediblər. Nant, Dijon, Lill, Marsel və Lionda etiraz aksiyaları hələ də davam edir.

Ümumilikdə isə partiyalardan heç biri mütləq səs çoxluğu əldə etməyib. Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib. 

Hər şey növbəti bazar günündə aydın olacaq. 

Fransadakı seçkiləri yaxından izləyən xarici ekspertlər hesab edir ki,  prezident Emmanuel Makron müxalifətin iki blokunu öz aralarındakı fərqli baxışlara istinad etməklə toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır.

Bunu fransız siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib. Filippo Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində olmaqda ittiham edib:

"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birlik” partiyasının mütləq çoxluq qazanması mümkündür. Lakin bu hələ həll olunmayıb. Heç bir tərəfin səs çoxluğunu qazanmaması da mümkündür və bu, xaos deməkdir. Fransa prezidenti Konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirəm. Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb".

Göründüyü kimi Makron kreslosundan əl çəkmək niyyətində deyil. Ona görə də o parlament seçkilərində uğursuzluğunu sığortalamaq üçün təxribatlara belə gedəcək.

Makron ölkədə iğtişaş və xaos yaratmaqla seçkilərin nəticəsinin ləğvinə və yeni seçkilərin keçirilməsinə çalışacaq. Makronun planları qarşısında müxalifət də sakit dayanmaq istəmir. 

Məsələn, Fransada prezident seçkisində keçmiş namizəd, sağçı Milli Birlik partiyasının parlament fraksiyasının keçmiş rəhbəri Marin Le Pen deyib ki, fraksiya faktiki olaraq makronist bloku məhv edib. O, həmçinin Fransada seçkinin ikinci turunun həlledici olacağını vurğulayıb və sol blokun qalib gəlməsinə imkan verməməyə çağırıb.

Nəzərə alaq ki, növbədənkənar seçkinin ilkin nəticələrinə görə, Le Penin partiyası liderlik edir. Makronun koalisiyası üçüncü yerdədir.  Maraqldır ki, Makronun komandasında güclü “yarpaq tökümü” var. Fransanın Baş naziri Qabriel Attal başda olmaqla bir çox nazirlər seçkilərə müstəqil olaraq qatılıb. Bunun hesabına da İntibah partiyası çox ağır zərbə alıb. 

Makronsuz seçkilərə qatılan xarici işlər naziri Stefan Sejurne O-de-Sen departamentinin 10-cu seçki dairəsində səslərin 46,07 %-ni qazanaraq ikinci tura çıxıb. Daxili işlər naziri Jerald Darmanen də ilk turdan sonra 41 % səslə irəlidədir, onun "Milli Birlik"dəki əsas rəqibi Bastien Verbruqe isə yalnız 36,9 % səs toplayıb.

Eyni zamanda, kənd təsərrüfatı naziri Mark Feno 32,7 % nəticə ilə ikinci yeri tutub və "Milli Birlik"dən namizəd Marin Barde (35,2 %) ilə demək olar, eyni səs toplayıb. Mənzil məsələləri üzrə nümayəndə-nazir Qiyom Kasbaryan da birinci turda yalnız ikinci yeri (32,7 %) tutub, "Milli Birlik"dən olan rəqibi Emma Minodanu 4 %-lə (36,7%) geridə qalıb.

Fransanın iqtisadiyyat, maliyyə, sənaye naziri Bruno Le Mer növbədənkənar parlament seçkilərinin ilk turunun nəticələrini “Respublika uğrunda Birlikdə” prezident koalisiyası üçün məğlubiyyət hesab edir:

“Bu, düşərgəmiz üçün məğlubiyyətdir. Söhbət tarixi məqamdan, ölkədəki siyasi qüvvələrin yenidən qruplaşmasından gedir”.

Onun fikrincə, elə etmək lazımdır ki, "Milli Birlik" partiyası mütləq çoxluğu əldə edə bilməsin: 

“Seçicilərimizi “Respublika uğrunda Birlikdə” prezident koalisiyasından namizədlərin ikinci tura keçə bilmədiyi dairələrdə sosial-demokrat düşərgəsinin nümayəndələrinə səs verməyə çağırıram. Mən Sosialist Partiyasından, Kommunist Partiyasından və ekoloqlardan olan namizədləri nəzərdə tuturam”.

Makron susur

Növbəti və daha ağır zərbə alan Makronsa hələki susur. O seçkilərin ilkin mərhələsi barədə hələlik fikir bildirməyib. Bəzi avropalı ekspertlər hesab edir ki , bu susqunluq və baş verən proseslər Fransa üçün yaxşı heç nə vəd etmir. Məsələn Aİ-nin Breksit üzrə müzakirəçisi Mişel Barnye bildirib ki,  Makronun rəhbərlik etdiyi İntibah partiyasının seçkilərin ikinci turunda sağçı Milli Birlik üzərində qələbə qazanacağına ümidlər çox azdır. 

O hesab edir ki, Fransa prezidentinin ölkə parlamentinin vaxtından əvvəl buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanı xaosa və iğtişaşlara sürükləyəcək. Bu proses Fransanı hətta Avropa İttifaqından çıxmasına səbəb ola bilər.
Doğrudur, Fransada prezident üsuli-idarəsidir. Lakin parlamentdəki uğursuzluq Makronun da sonunu gətirə bilər. Nəticədə Fransada növbədənkənar prezident seçkiləri keçirilə bilər. Hadisələrin inkişafı o günün uzaqda olmadığını diqtə edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Abramoviç "Çelsi" satışından əldə olunan pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi" satışından əldə olunan pulları Ukraynaya köçürməkdən imtina etdi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

Zelenski Putinlə telefon danışığına hazırlaşır – “Fox News”

Zelenski Putinlə telefon danışığına hazırlaşır – “Fox News”

2025-ci il enerji sektorunda hansı yeniliklərlə YADDA QALDI?

2025-ci il enerji sektorunda hansı yeniliklərlə YADDA QALDI?

Yeni ildə MİQREN kabusu - Bayram süfrəsi sizi nə qədər təhlükəyə atır?

Yeni ildə MİQREN kabusu - Bayram süfrəsi sizi nə qədər təhlükəyə atır?

Gəncədə 2 avtomobil toqquşdu – 2 nəfər xəsarət aldı

Gəncədə 2 avtomobil toqquşdu – 2 nəfər xəsarət aldı

Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar belə xilas edildi – VİDEO

Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar belə xilas edildi – VİDEO

Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

Bu il neçə yaşayış məntəqəsinə köç olub?

Bu il neçə yaşayış məntəqəsinə köç olub?

Xankəndidə tapdığı silah-sursatı evinə gətirdi – Qonşuları onu “satdı”

Xankəndidə tapdığı silah-sursatı evinə gətirdi – Qonşuları onu “satdı”

Bakıda məktəbli vəfat etdi – FOTO

Bakıda məktəbli vəfat etdi – FOTO

Bu marketlərdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu marketlərdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Bu ərazidə yeni svetoforlar quraşdırıldı – Həmişə qəza şəraiti YARANIRDI

Bu ərazidə yeni svetoforlar quraşdırıldı – Həmişə qəza şəraiti YARANIRDI

Azərbaycanda QİÇS xəstələrinin sayı 15 ildə xeyli artıb

Azərbaycanda QİÇS xəstələrinin sayı 15 ildə xeyli artıb

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirildi

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirildi

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınata yenidən MƏHKƏMƏ qarşısında

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınata yenidən MƏHKƏMƏ qarşısında

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq – VİDEO

Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq – VİDEO

End of content

No more pages to load

RADİO