Prezident Qırğız Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Sonra dövlət başçısı səfirlə söhbət edib. 

Maksat Mamıtkanov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara və ən xoş arzulara görə minnətdarlığını bildirib, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib. 
Söhbət zamanı əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi məmnunluqla qeyd olunub. 

Son illərdə ikitərəfli münasibətlərimizin böyük dərəcədə inkişaf etdiyini və keyfiyyətcə yeni mərhələyə qalxdığını deyən Azərbaycan Prezidenti dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub, ənənəvi dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndiyini vurğulayıb. 
Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Prezidentinə və xalqına bir daha minnətdarlığını bildirib, bunu qardaşlıq əlaqələrimizin nümayişi kimi dəyərləndirib. 

Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsi üçün qarşıda böyük planların durduğunu deyib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. 

Dövlət başçısı Azərbaycan və Qırğızıstan rəhbərliyində qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın reallaşdırılması üçün qarşılıqlı iradənin olduğunu bildirib. 

Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələrimizin əməkdaşlığına toxunan Prezident İlham Əliyev bu təşkilatın bir ailə olduğunu qeyd edib. 

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının ilk dəfə Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunulub, bu tədbirdə dövlət başçıları arasında aparılacaq dialoq və müzakirələrin önəmi vurğulanıb. 

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb. 

Xoş sözlərə görə minnətdarlığını bildirən Maksat Mamıtkanov münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulayıb, əlaqələrimizin genişləndirilməsi ilə bağlı Qırğızıstan Prezidentinin ona tapşırıqlar verdiyini deyib və bu istiqamətdə səylərini əsirgməyəcəyini bildirib. 

Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyalar ölkə iqtisadiyyatının inkişafına böyük kömək göstərir. 

Əməkdaşlığımızın möhkəmləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Maksat Mamıtkanov deyib ki, dövlət başçılarımız arasında olan münasibətlər və onların göstərdiyi səylər əlaqələrimizin uğurlu inkişafının əsasını qoyub. 

Qırğızıstan Prezidentinin bu ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir bu səfərin çox uğurlu olduğunu və yaxşı nəticələr verdiyini vurğulayıb. O, Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxundu, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. 

Maksat Mamıtkanov Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən beşulduzlu mehmanxananın inşasının ölkəsində kurort sahəsinin inkişafında böyük rol oynayacağını deyib. 

Diplomat görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinə və onun xatirəsinə Azərbaycan tərəfindən göstərilən ehtirama görə minnətdarlığını bildirərək, Sadır Japarovun ölkəmizə dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə görkəmli qırğız yazıçısının Bakıda abidəsinin açılışını məmnunluqla xatırlayıb. 
Azərbaycan Prezidenti qeyd edib ki, Çingiz Aytmatov bütün türk sivilizasiyasının övladıdır və dünyada böyük şöhrətə malikdir. Görüşdə COP29 çərçivəsində Azərbaycanın və Qırğızıstanın birgə təşəbbüs imkanları barədə fikir mübadiləsi aparılıb. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

End of content

No more pages to load

RADİO