"Fransadakı ermənilərin “TF1” telekanalına qarşı təhdid və təhqirlərini qətiyyətlə pisləyirik".
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb:
“Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.
Bizim.Media