Putindən QORXUNC XƏBƏRDARLIQ – Rusiyanın məğlubiyyəti dünyanın sonunu GƏTİRƏ BİLƏR...

Ukrayna-Rusiya  müharibəsi uzandıqca beynəlxalq aləmdə gərginlik artır. Bəzi liderlər və ekspertlər bu münaqişəni Üçüncü Dünya Müharibəsinin bir parçası, bəziləri isə dünyanı məhv edəcək nüvə müharibəsinin başlanğıcı kimi xarakterizə edir. Təbii ki, narahatlığa ciddi əsas var. 

Ukraynanın qələbəsi üçün dünyanın aparıcı dövlətləri bir araya gəlib. ABŞ-ın çətiri altında birləşən həmin dövlətlər həm Ukraynaya hərbi-iqtisadi yardımlar edir, həm də Rusiyaya qarşı iqtisadi sanksiyaların coğrafiyasını genişləndirirlər. Bununla belə Qərb 2 ildən artıq davam edən bu müharibədə heç bir əsaslı uğur qazana bilməyib. Ən yaxşı halda Rusiyanın daha böyük ərazilərdə nəzarəti ələ keçirmək planının qismən qarşısını alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin dünyanı nüvə silahı ilə HƏDƏLƏDİ 


Üfüqdə sülh görünmür

Hər iki tərəf sülh barədə öz iradəsini ortaya qoyur. Məsələn Putin deyir ki, sülh ancaq o şərtlə ola bilər ki, Rusiyanın hazırda ələ keçirdiyi əraziləri rəsmi Kiyev Rusiyanın ərazisi kimi tanıyar və Qərblə bütün əlaqələrini kəsər.

Zelenski isə deyir ki, sülh danışıqları o zaman ola bilər ki, Rusiya işğal etdiyi bütün ərazilərdən geri çəkilsin. Yalnız bundan sonra sülhdən danışmaq olar.

Göründüyü kimi, hər iki liderin bəyanatları reallıqdan çox-çox uzaqdır. Ona görə də hər iki tərəf öz iradəsini yeritmək üçün daha inadla mübarizə aparır. Bu mübarizə isə son nəticəsində minlərlə insanın ölümü, yüzlərlə kənd və şəhərin məhvi ilə nəticələnir. 

Maraqlıdır ki, Rusiya bu müharibədə tərəf kimi Ukraynanı yox, ABŞ və Aİ-ni görür. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq təhlükəsini müzakirə edərkən bildirib ki, bizim üçün bu müharibədə məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir:

“Və sonra sual yaranır: niyə qorxmalıyıq ki, sona qədər getmək daha yaxşı deyilmi?!”.
Rusiya lideri Vaşinqtonun təzyiqlərindən də danışıb: "Birləşmiş Ştatların tərsliyi və kobudluğu heç zaman onlara fayda verməyib və strateji baxımdan yalnız zərər verib".

Putin Şimali Koreyaya son səfəri zamanı bir sıra maraqlı açıqlamalar verib. Məsələn o bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin birinci yarısında vəzifəsindən uzaqlaşdırıla bilər:

“Ukrayna prezidentinin səlahiyyət müddəti 5 ildir, sadəcə olaraq Qərbdə Zelenskini dəyişmək istəmirlər. Hələ Zelenskinin vəzifədən getmə vaxtı gəlməyib, çünki əvvəlcə qeyri-populyar qərarlar onun üzərinə atılacaq”.

Rusiya lideri hesab edir ki, Qərb artıq Zelenskinin “qələmini qırıb”. Lakin yekun qərarı bəyan etmək üçün Ukraynadakı uğursuzluğu və bunun sayəsində beynəlxalq aləmdə yaranan böhranları Zelenskinin ayağına yazmaq üçün son məsləhətləşmələr aparılır. 

Putin Ukraynadan danışarkən nüvə müharibəsinin olacağını da istisna etməyib. O Pxenyanda olarkən bəyan edib ki, Rusiya nüvə doktrinasında mümkün dəyişikliklər barədə düşünür. Bununla belə Putin qeyd edib ki, Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməyə hələ ki, ehtiyacı yoxdur.

Ümumiyyətlə, Ukrayna-Rusiya cəbhəsində vəziyyət olduqca təhlükəlidir. 

Təsadüfi deyil ki, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib ki, Ukrayna hakimiyyəti hələ də Rusiya Prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma təkliflərini qəbul edə bilər, əks halda rus qoşunlarının hücumu davam edəcək və Kiyevə qarşı vəziyyət dəyişəcək.

Medvedyev Ukrayna hakimiyyətini “bacardıqca tələsməyə” çağırıb:

“İndi Ukraynanın Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hərbi hücumu davam edəcək”.

Göründüyü kimi tərəflər çox iddialı danışır. Bu isə vəziyyəti daha da kəskinləşdirir. Artıq bəzi liderlər narahatlıqlarını dilə gətirir. Rusiya ilə Qərb arasında heç vaxt kompromis olmayacağını deyən Serbiya prezidenti Aleksandar Vuçiç 3-4 aydan sonra dünyada böyük bir qarşıdurmanın olacağını bildirib:

"Üçüncü Dünya Müharibəsindən danışa bilmərəm, amma böyük münaqişədən danışıram. İnanıram ki, biz bundan uzaq deyilik. Bunun daha tez baş verməsi təhlükəsi var”.

O, Rusiya ilə Ukrayna arasında vəziyyətin hər gün daha da pisləşdiyini qeyd edib:

“Böyük dövlətlər heç nə etməsələr, biz Ukraynada baş verənlərin acı sonunu görəcəyik.Əminəm ki, qısa zamanda əsl fəlakət görəcəyik".

Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir:

“Həmçinin Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan edirəm ki, biz əsl fəlakətə yaxınlaşırıq”.

O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür:

“Bu gün mən neft, şəkər, duz – hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm”.

Putin niyə şərqə üz tutdu?

Rusiya liderinin növbəti dəfə prezident seçilməsindən sonra Şərq ölkələrinə səfər etməsi də bir çox suallar doğurur. Məsələn mayın 16-da Rusiya Prezidenti Vladimir Putin Çinə dövlət səfərinə gedib.Səfər çərçivəsində  Si Cinpinlə  Vladimir Putinin görüşü olub. Görüşdə bir sıra razılaşmalar olub. 

Bağlı qapılar arxasında nə danışıldığını bilməsək də, bəzi məqamlar açıqlanıb. Hər iki ölkə yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini 1 trilyon dollara çatdırmağı hədəfləyiblər. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi isə 227 milyard dollar olub. Bu isə kifayət qədər ciddi rəqəmlərdir. 

Həm Çinə, həm Şimali Koreyaya, həm də Vyetnama səfər edən Putin iqtisadi əlaqələri dərinləşdirməklə yanaşı hərbi əməkdaşlığı da genişləndirmək istəyir.
Təsadüfi deyil ki, rəsmi Moskva Rusiya ilə KXDR arasında strateji əməkdaşlıq haqqında sazişin regionda sülhün və sabitliyin qorunmasına yönəldiyini deyib. Bundan əlavə, Putinin səfəri çərçivəsində Rusiya və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Onların arasında təhsil sahəsində əməkdaşlığa dair sənədlər, Vyetnamda nüvə texnologiyaları mərkəzinin yaradılması qrafikinə dair memorandum yer alıb.

Yəqin ki, yaxın zamanlarda Putin Hindistana və İrana səfər edəcək. Bu isə onu göstərir ki, Qərb Rusiyanın üzərinə daha çox getdikcə rəsmi Moskva da öz çevrəsini genişləndirmək istəyir. Bununla da həm Qərbin sanksiyalarının təsirlərini minimum endirmək istəyir. Ən əsası isə Rusiya öz ətrafına ABŞ-ın əzəli rəqiblərini toplayır. 

Bu təşəbbüs isə Üçüncü Dünya Müharibəsi üçün yeni ittifaqların yaranması anlamına gəlir. Necə ki, I və II Dünya Müharibələrindən əvvəl də oxşar siyasi gedişlər baş verirdi...

Ona görə də Serbiyanın liderinin dediyi kimi Bəşəriyyəti yaxın 3-4 ayda çox çətin sınaq gözləyir. Bəs sivilizasiya bu bəlalardan xilas ola biləcəkmi?

Bu sualın cavabını isə zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

Yollar qar və buzdan təmizlənir - VİDEO

Yollar qar və buzdan təmizlənir - VİDEO

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Su arxında kişi meyiti tapıldı

Su arxında kişi meyiti tapıldı

Rusiya gerbini dəyişdi

Rusiya gerbini dəyişdi

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Altay Göyüşovun məhkəməsi başladı

Altay Göyüşovun məhkəməsi başladı

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

End of content

No more pages to load

RADİO