ABŞ-ın növbəti QƏRƏZİ – Ağ Ev ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərindən niyə əl ÇƏKMİR?

Xəbər verdiyimiz kimi, iyunun 20-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı bir sıra regional məsələlər, Azərbaycan-Ermənistan sülh danışıqları, o cümlədən noyabrda Bakıda keçiriləcək COP29 tədbiri müzakirə predmeti olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Dövlət Başçımız telefon danışığında Azərbaycanın ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib:

“Telefon danışığı əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Blinken Azərbaycan və Ermənistanı tezliklə sülh müqaviləsini imzalamağa DƏVƏT EDİB 


Göründüyü kimi, telefon danışığında qarşılıqlı münasibətlərin inkişafı və digər vacib məsələlər əsas müzakirə mövzularını təşkil edib.

Ancaq...

Təəssüf ki, ABŞ tərəfinin yaydığı açıqlamada telefon danışığının məzmunu ilə bağlı ciddi təhriflərə yol verilib. 

İlk diqqətçəkən məqam ondan ibarətdir ki, Dövlət Departamentinin bəyanatında telefon danışığı zamanı Azərbaycan tərəfinin fikirlərinə, bəyanatlarına ümumiyyətlə, yer verilməyib. Həmçinin, telefon danışığının mətni açıq formada qərəzli ruhda hazırlanıb. Eyni zamanda, ABŞ tərəfi öz rəsmi açıqlamasında belə əsl xislətini – başqa ölkələrin daxili işlərinə qarışmaq adətini ifşa edib.

Məsələn, Blinkenin "Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırması” bunun əyani sübutudur.

ABŞ rəsmisinin “haqsız yerə saxlanılanlar” dedikdə kimləri nəzərdə tutduğu bizə yaxşı məlumdur. Lakin bu məsələni bir kənara qoysaq, əsas hiddət doğuran məqam Ağ Ev nümayəndəsinin Azərbaycanın daxili məsələlərinə müdaxilə etmək cəhdidir.

Özü də qərəzli şəkildə

Əvvəldə də qeyd etdiyimiz kimi, ABŞ-ın digər ölkələrin işlərinə müdaxilə etmək vərdişi yenilik deyil. Lakin son açıqlama bu vərdişin daha da çirkin forma aldığını nümayiş etdirdi. Çünki bu açıqlama ilk növbədə ABŞ-ın son zamanlar yaratmaq istədiyi “sülh göyərçini” obrazının saxtalığını sübuta yetirdi.

Ağ Ev rəsmiləri son dövrlərdə hər fürsətdə Cənubi Qafqazda sülhün vacibliyindən dəm vururlar. Ancaq sülh istəyən, vasitəçilik arzusu olan tərəf qərəzdən uzaq olmalıdır. Vaşinqton isə əksini edir.

Ermənistanda baş verənləri xatırlatmaq bunu görmək üçün yetərlidir. Son həftələrdə baş verən etiraz aksiyalarını yatırmaq üçün Nikol Paşinyan hökumətinin polisləri etirazçılara qarşı açıq zorakılığa əl atırlar. Üstəlik, siyasi həbslərin də ardı-arası kəsilmir. Ancaq nədənsə Ağ Evdəkilərin gözü İrəvan küçələrində baş verənləri görmür, daha doğrusu görmək istəmir.

Azərbaycana gəlincə isə...  

Okeanın o tayındakı diplomatlar ölkəmizdəki adi məişət xarakterli həbsi də fərqli formada şərh edir, hər fürsətdə oyuncağa çevirdikləri “insan hüquqları”, “söz azadlığı” terminlərini işə salırlar. 

Təkcə bu telefon danışığı ilə bağlı verilən açıqlamalar tərəflərinəsl niyyətlərini görmək üçün yetərlidir. Azərbaycan bütün dövlətlərlə, o cümlədən ABŞ-la münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Ağ Ev isə tam əksinə qərəzli yanaşma ortaya qoyaraq, ölkəmizin daxili işlərinə qarışmağa çalışır. Bu isə onu göstərir ki, ABŞ münasibətlərin inkişafında maraqlı deyil və öz bildiyi havanı çalmağa davam edir.

Bu cür qərəzli yanaşma isə münasibətlərin inkişafına xidmət etmir və edə də bilməz...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

End of content

No more pages to load

RADİO