Ukrayna savaşı Qərbi müflis edir – SENSASİON HESABAT 

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi artıq 2 ildən artıqdır ki, davam edir. Müharibənin bu qədər uzanması isə bəzi qlobal güclərin planını pozmaqla yanaşı  tərəfdaş ölkələrə çox böyük iqtisadi zərbə oldu. Artıq bir çox Avropa dövlətləri bu münaqişənin gətirdiyi iqtisadi bəlaları gizlətmək istəyir. Çünki iqtisadi və hərbi ziyanın həcmi təsəvvür olunmayacaq qədər böyükdür.  

Beynəlxalq aləm narahatdır…

Dünyanın aparıcı institutları və nəşrləri Ukraynadakı müharibə ilə bağlı qorxunc məlumatlar yayır. Məsələn Fransanın “France Soir” qəzeti avropalıları həqiqi mənada şoka salıb. Nəşrin bu yaxınlarda dərc etdiyi hesabatda bildirlib ki, sən demə, Ukrayna-Rusiya müharibəsi Aİ ölkələrinin hərbi potensialının tamamilə tükənməsinı səbəb olub. Hətta bu münaqişə səbəbilə NATO-nun və Avropa hərbi-sənaye kompleksinin dağılması müzakirə mövzusudur.

Bundan əlavə, Moskvanın imkanlarını heç vaxt həddən artıq qiymətləndirməyə meyilli olmayan CNN-in xüsusilə istinad etdiyi NATO kəşfiyyatına görə, Rusiya hərbi sənayesi yalnız formalaşma mərhələsindədir və bu sahədə pik hasilat 2025-ci ilə planlaşdırılır.

Bu gün Rusiya ayda təxminən 250 min mərmi (ildə təxminən 3 milyon ədəd) istehsal edir ki, bu da Şimali Atlantika Alyansının bütün ölkələrinin raket istehsal imkanlarından üç dəfə çoxdur.

Qərb Ukraynaya nə qədər hərbi yardım edib?

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bir sıra ölkələrin 2023-cü il üçün hərbi büdcələri haqqında hesabat dərc edib. Nəşrin məlumatına görə, Ukraynaya ötürülən hərbi yardım hazırda Fransanın iki illik, İsrailin dörd illik və ya Türkiyənin yeddi illik hərbi büdcəsi ilə müqayisə olunur.

Ukraynaya hərbi yardımın əsas təchizatçıları ABŞ, Almaniya, Böyük Britaniya və Norveçdir. Münaqişənin əvvəlində müttəfiqlər Ukraynanı yalnız Sovet avadanlığı ilə təmin etdilər. Bu əslində Şərqi Avropa ölkələrində metal qırıntıları kimi qalan köhnə hərbi texnikadan qurtulmaq cəhdi idi. Amma indi vəziyyət tam fərqlidir. Hal-hazırda ehtiyat çatışmazlığı səbəbindən yuxarıda göstərilən ölkələr öz orduları ilə xidmətdə olan daha müasir silah və hərbi texnikanı Ukraynaya təhvil verməyə başlayıblar.

2023-cü ilin ortalarında “Forbes Ukraine” jurnalı Ukraynanın müttəfiqlərindən aldığı hərbi texnikanı hesablayıblar. Məlum olub ki, 2022-ci ilin fevralından Ukrayna NATO blokundan 3000-dən çox zirehli texnika, 2000-dən çox piyada döyüş maşını və zirehli transportyor, 400-ə yaxın özüyeriyən silah alıb.

“The Wall Street Journal”-ın 2023-cü ilin dekabrına olan məlumatına görə, Rusiya ilə müharibə zamanı Ukrayna 600-dən çox haubitsa, 800-dən çox tank və 100-ə yaxın MLRS alıb. ABŞ və onun müttəfiqlərinin anbarı boşalıb.

Beynəlxalq araşdırmaçılar iddia edir ki, hazırda Britaniya ordusunun  xidmətində cəmi 150 tankı var. Fransada isə 90-dan çox ağır artilleriya qalıb. Almaniyaya gəlincə, o, hərbi arsenalını o qədər boşaldıb ki, müharibə olarsa, mövcud sursat yalnız 2 günlük gərgin döyüş üçün kifayət edəcək.

Kifayət qədər böyük həcmdə hərbi yardıma baxmayaraq, gərgin döyüşlər səbəbindən Ukrayna silah və hərbi texnika çatışmazlığı yaşayır. Bununla belə, bir çox yüksəkrütbəli Qərb və Ukrayna rəsmilərinin Kiyevə hərbi-iqtisadi yardımı azaltmamağa çağırır. Çünki əks təqdirdə Ukraynanın müharibədə uduzacağına heç kimin şübhəsi qalmır.

Ukrayna defolt vəziyyətindədir.

Nəzərə alaq ki, bu qədər hərbi texnika Ukraynaya bağışlanılmır. Onun böyük bir hissəsi borc kimi rəsmiləşdirilir. Təsadüfi deyil  ki, Ukrayna bir müddətdir ki, xarici borclarını ödəyə bilmir. Ona görə də Zelenski hökuməti 2024-cü ilin avqust ayının sonuna qədər 20 milyard dollarlıq beynəlxalq istiqrazları üçün borcunun restrukturizasiyasına nail olmağa çalışır. Söhbət borcların heç olmasa 2 il müddətə dondurulmasından gedir.

Əgər rəsmi Kiyev buna nail olmasa, o zaman ölkədə defolt baş verəcək. Bunun da çox ciddi fəsadları olacaq. Həmin fəsadlardan biri də odur ki, Ukraynanın borcalma imkanları tamamilə məhdudlaşacaq. Bu da onsuz da ağır durumda olan Ukraynada vəziyyəti daha da pisləşdirəcək.
Ukrayna dövlətinin iflası qaçılmazdır.

Acı reallığı Zelenski də başa düşür. Məhz buna görə də sona qədər getmək istəyir. Çünki istənilən dayanma Ukraynanın sonunu gətirəcək.

Təsadüfi deyil ki, bu yaxınlarda Zelenski çox acı bir etiraf etdi:

“Amerikanın yeni yardım paketi olmasa, Ukrayna müqavimət göstərə bilməyəcək. Allah bizə kömək olsun ki, onu tez bir zamanda əldə edək... Əks halda, Rusiya silahlı qüvvələri bizi geri çəkilməyə məcbur edəcək... Doğrudur, xalqımız bunu bilir, amerikalılar da bunu bilməlidirlər”.

Bu da o deməkdir ki, bu günə qədər Ukraynaya edilən hərbi və maliyyə yardımları heç bir iqtisadi və hərbi dividend gətirməyəcək.

Maraq üçün deyək ki, “Global Firepower” portalı dünyanın ən güclü ordularının reytinqini dərc edib. Bu zaman 60 vacib parametri nəzərə alıb. Siyahıda ABŞ hərbi qüdrətinə görə birinci, Rusiya isə ikinci yerdədir. Ukrayna Qərb blokundan aldığı bütün hərbi və maliyyə yardımlarına rəğmən siyahıda 18-ci yerdədir.

Nəzərə alaq ki, Kiyevə hərbi yardımın tədarükü getdikcə daha da azalır. Bu tendensiya çətin ki, münaqişə bitənə qədər kəskin dəyişsin. Bu həyəcanverici siqnaldır. 

Qərb bu müharibədən yorulub.

Digər tərəfdən, Rusiya Federasiyası öz hərəkətlərində daha qətiyyətlidir və onsuz da danılmaz hərbi potensialını hər gün artıraraq, uzunmüddətli qarşıdurmaya hazırdır. Rusiyanın hərbi-sənaye və kadr səfərbərlik potensialı hətta xaricdən alınan payı da nəzərə alsaq, Ukraynanın səfərbərlik potensialından bir neçə dəfə yüksəkdir.
Ona görə də gec-tez Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmalı olacaq. Amma o zaman çox güman ki, Ukraynanı Zelenski yox, başqa birisi idarə edəcək. Çünki Moskva Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini tanımır. Kremil hesab edir ki, onun legitimliyi hazırkı konstitusiyasına görə 20 may 2024-cü ildə bitib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək

Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

“Kəpəz” bu futbolçunu transferə çıxardı

“Kəpəz” bu futbolçunu transferə çıxardı

Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi

Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi

Prezident gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

Prezident gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

Bakıda yanğın - Bir nəfər yanaraq öldü, digəri xəstəxanalıq oldu

Bakıda yanğın - Bir nəfər yanaraq öldü, digəri xəstəxanalıq oldu

Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz

Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz

"ƏDV geri al" sistemi bu sahələrə də aid ediləcək

"ƏDV geri al" sistemi bu sahələrə də aid ediləcək

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

Peskov: “Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır”

Peskov: “Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır”

Evlərini kirayə verənlərə XOŞ XƏBƏR

Evlərini kirayə verənlərə XOŞ XƏBƏR

“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı - 10 il 6 ay həbs verildi

“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı - 10 il 6 ay həbs verildi

İlqar Hacıyevin məhkəməsi başladı

İlqar Hacıyevin məhkəməsi başladı

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Bu sahədə çalışanlar üçün sosial sığorta haqqı dəyişir - SİYAHI

Bu sahədə çalışanlar üçün sosial sığorta haqqı dəyişir - SİYAHI

Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilir – VİDEO

Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilir – VİDEO

Polisin fəaliyyətinə həsr olunan VİDEOÇARX

Polisin fəaliyyətinə həsr olunan VİDEOÇARX

Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

End of content

No more pages to load

RADİO