Rəsmi Bakıdan Borrellə CAVAB: ”Yalan iddiaları rədd edirik” 

“Əfsuslar olsun ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. Biz bu yalan və təhrikedici iddiaları rədd edirik". 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavabı şərh edərkən deyib. 

Ayxan Hacızadə xatırladıb ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. 

"Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar.
Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. 

Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir.

Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir.

Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. 

Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır.

İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir. 

Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər.
Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. 

Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

End of content

No more pages to load

RADİO