Kərim Vəliyev Serbiyaya GETDİ - FOTO

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun qarşısından təntənəli keçiddən sonra Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib. General-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib.

Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dana sonra general-polkovnik K.Vəliyev Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb.

Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək

Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

“Kəpəz” bu futbolçunu transferə çıxardı

“Kəpəz” bu futbolçunu transferə çıxardı

Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi

Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi

Prezident gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

Prezident gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

Bakıda yanğın - Bir nəfər yanaraq öldü, digəri xəstəxanalıq oldu

Bakıda yanğın - Bir nəfər yanaraq öldü, digəri xəstəxanalıq oldu

Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz

Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz

"ƏDV geri al" sistemi bu sahələrə də aid ediləcək

"ƏDV geri al" sistemi bu sahələrə də aid ediləcək

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

Peskov: “Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır”

Peskov: “Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır”

Evlərini kirayə verənlərə XOŞ XƏBƏR

Evlərini kirayə verənlərə XOŞ XƏBƏR

“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı - 10 il 6 ay həbs verildi

“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı - 10 il 6 ay həbs verildi

İlqar Hacıyevin məhkəməsi başladı

İlqar Hacıyevin məhkəməsi başladı

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Bu sahədə çalışanlar üçün sosial sığorta haqqı dəyişir - SİYAHI

Bu sahədə çalışanlar üçün sosial sığorta haqqı dəyişir - SİYAHI

Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilir – VİDEO

Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilir – VİDEO

Polisin fəaliyyətinə həsr olunan VİDEOÇARX

Polisin fəaliyyətinə həsr olunan VİDEOÇARX

Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

End of content

No more pages to load

RADİO