COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz vermək tezdir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O, bütün işlərin vaxtında çatdırılacağını bildirib:
"Təşkilatı məsələlər və hazırlıqlar vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir".
Nazir müavini qeyd edib ki, COP29 zamanı Azərbaycanın quru sərhədlərinin açılması barədə qərarı Nazirlər Kabineti verəcək.
Bizim.Media