NATO-dan Rusiyaya NÜVƏ TƏHDİDİ – İlk zərbəni kim endirəcək?

Ukrayna müharibəsində gərginlik davam etdikcə, Rusiya ilə Qərb arasında bir-birini nüvə müharibəsilə təhdid etmək cəhdləri də artmaqdadır. İlk olaraq nüvə təhdidinə Rusiya başlayıb. Belə ki, Prezident Putin başda olmaqla Rusiyanın bir sıra rəsmiləri nüvə silahına əl ata biləcəklərini bir neçə dəfə bəyan ediblər. Hətta Rusiya taktiki nüvə sınaqları da keçirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Nüvə silahları hazır vəziyyətə gətirilməlidir" - Yens Stoltenberq 


İndi görünən odur ki, Qərb də bu istiqamətdə hərəkətə keçməyə çalışır.

Ən azından NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlaması belə düşünməyə əsas verir. Belə ki, alyansın baş katibi bu günlərdə NATO-nun nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə etdiyini bəyan edib. 

Onun sözlərinə görə, blok öz nüvə arsenalını dünyaya nümayiş etdirməlidir. Görünən odur ki, Rusiyanın təhdidlərinə NATO da adekvat cavab verib. 

Görəsən, yaranmış vəziyyətdə nüvə müharibəsi başlayacaq, yoxsa NATO Rusiya ilə öz dilində danışmağa başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Rusiya Ukrayna müharibəsindəki gərginlik çözülməyincə, kiçik nüvə başlıqlarının tətbiqi riski də artmaqda davam edəcək:

“Nüvə şantajlarının səslənməsi çox təhlükəli məqamdan xəbər verir. Həm Rusiya, həm də Qərbin nüvə silahı məsələsini tez-tez ritorikalarına gətirmələri özündə böyük bir təhlükəni ehtiva edir. NATO da böyük həcmdə nüvə arsenalına malikdir. NATO Rusiya tərəfindən tez-tez səslənən nüvə mesajlarına cavab olaraq belə bir addım atır. 

Ola bilsin, NATO-nun geniş hərbi paradı keçirilsin. Hansı ki, burada qurumun malik olduğu nüvə başlıqları da nümayiş etdirilə bilər. İstənilən halda, düşünürəm ki, NATO-nun Rusiyaya cavab olaraq tez-tez nüvə silahları məsələsinə istinad etməsinin özü də yaxşı tendensiya deyil. 

Barışıq, qlobal həmrəylik və yaşıl dünya naminə hamının ortaq addımlar atmalı olduğu bir dövrdə ayrı-ayrı siyasi-hərbi güc mərkəzləri və bloklarının bir-birini nüvə arsenalı ilə təhdid etməsi bəşəriyyət adına ciddi problemdir. Çünki nüvə silahı bütün bəşəriyyət üçün təhlükədir. Bu baxımdan Stoltenberqin dilindən də nüvə silahı məsələsinin daha tez-tez və mütəmadi olaraq səsləndirilməsi problemin nə qədər dərin olduğunu göstərir. 

Rusiya Ukrayna münahibəsindəki dərin bataqlıq çözülməyincə, kiçik nüvə başlıqlarının tətbiqi riski də getdikcə artır və artmaqda davam edəcək”. 

Ekspert əlavə edib ki, burada təkcə Rusiya və NATO deyil, İran, Şimali Koreya və Çinin də artıq həmin ritorikaya daha çox üstünlük verdiyini görürük.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

End of content

No more pages to load

RADİO