Rusiyasız qurulan SÜLH MASASI – Zelenskinin sammiti hansı nəticəni VERƏCƏK?

Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində “Ukrayna üzrə sülh konfransı” keçiriləcək. Bu konfransla bağlı Zelenski xeyli müddət əvvəl bütün dünya dövlətlərinə müraciət etmişdi. Müraciət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var.

Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı. 

Lakin bir neçə gün əvvəl Zelenski etiraf etdi ki, 120 ölkədən yalnız 90-ı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib.

Maraqlıdır ki, Sammitə qatılmaq istəməyən ölkələr arasında Çin, Braziliya, Səudiyyə Ərəbistanı və digər böyük dövlətlər var. Bundan əlavə, iştirakı təsdiqlənən ölkələrin bir çoxu Samittə ikinci heyətlə qatılacaq. Məsələn, ABŞ prezidenti Co Bayden bu konfransa qatılmayacağını bəyan edib. Əvəzində Vaşinqton Sammitə vitse-prezident Kamala Harris və Amerika liderinin müşaviri Ceyk Sallivanı göndərəcək.

Ümumilkdə isə Sammitə beynəlxalq maraq çox azdır. Çünki, sammitin adı sülh olsa da, bu tədbirdə müharibədəki qarşı tərəf iştirak etmir. Ona görə də bir sıra dövlət liderləri Sammitə qatılmaq istəməyib. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif edib. 

Braziliya və Çin Rusiya ilə Ukraynanını danışıqlar masasına oturtmaq üçün alternativ sülh konfransı keçirmək ideyasını reallaşdırmaq üçün hətta masaya oturublar. Onlar belə hesab edirlər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək. 

Braziliya və Çinin təşəbbüsü çox məntiqlidir. 

Əgər sülhdən danışılacaqsa, hökmən həmin tədbirdə hər iki tərəf iştirak etməlidir. Amma görünən odur ki, Ukrayna Prezidenti sülh yox, yeni müharibə planlarını açıqlamaq üçün dünya ölkələrini bir araya gətirmək istəyir. Bununla da, Rusiyaya qarşı daha böyük koalisiya yaratmağı düşünür. Sonda isə təbii ki, Zelenski konfrans iştirakçılarından maliyyə yardımı istəməyi planlaşdırır. 

Məhz bu səbəbdən Braziliya, Çin və hətta ABŞ həmin konfransa qatılmaq istəmir. Yəqin ki, imtina edən dövlətlərin daha böyük siyahısı ilə tanış olacağıq. 

Tədbirə Sədiyyə Ərəbistanının da qatılmayacağı xəbəri Zelenskini xeyli üzüb. Ukrayna prezidenti Səudiyyə Ərəbistanını fikrindən daşındırmaq üçün iyunun 1-də krallığa səfər etmək istəyib. Səfər çərçivəsində Zelenski Ciddə şəhərində vəliəhd şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli şəxslərlə görüşmək və onları Sammitə qatılmağa razı salmaq istəyib. 

Lakin qeyri-müəyyən səbəblərə görə Zelenskinin səfəri baş tutmayıb. Yəqin ki, ərəb tərəfi cəhdin faydasız olmasını bildirib. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanı İsveçrəyə getməkdən imtina edən kimi rəsmi Moskva Ər Riyada öz təşəkkürün bildirib. 

Bundan başqa ötən həftə Zelenskinin Xarkovdan ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpini “sülhü daha da yaxınlaşdırmaqla liderlik nümayiş etdirməyə" dəvəti də uğursuz olub. 

"Xahiş edirəm, şəxsi rəhbərliyiniz və iştirakınızla sülh sammitini dəstəkləyin"- deyə Ukrayna liderinin acizanə xahişi cavabsız qalıb.

Sülh istəyən Zelenski niyə atəşkəs istəmir?

Nəzərə alaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması barədə xəbər yayıldı. Bu  sensasiyalı məlumatı “Reuters” agentliyi yaymışdı. Maraqlıdır ki, rəsmi Moskva bu xəbəri təkzib etmədi. 

Amma Ukrayna Prezidenti Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini açıqladı. Bunu da belə izah etdi ki, “Rusiya  öz mövqelərini gücləndirmək üçün bu variantdan istifadə edir”. 

Baxmayaraq ki, Zelenskinin bu fikirləri o qədər də razılıqla qarşılanmadı. Çünki ən pis sülh danışıqları və yaxud atəşkəs istənilən müharibədən yaxşıdır.

Ona görə də bu cür qeyri-ciddi çıxışları ilə Zelenski həm özünün, həm də ölkəsinin imicinə çox böyük zərbə vurur. 

Həqiqətən də, hansısa sülh konfransıdan danışılırsa, o zaman orada münaqişə tərəflərinin iştirakı vacibdir. Əks-təqdirdə istənilən təşəbbüs cavabsız qalacaq. Amma görünən odur ki, Zelenski sülh yox, müharibə istəyir. Bu müharibənin gedişini öz  xeyrinə dəyişmək üçün o daha çox maliyyə toplamağa çalışır. 

Dünya dövlətləri üçün Ukrayna müharibəsi əhəmiyyətini itirir

Ukrayna-Rusiya müharibəsinin başlamasından 27 aydan artıq vaxt keçir. Bu isə kifayət qədər uzun müddətdir. Əgər müharibənin ilk aylarında münaqişənin yan təsirləri vardısa, artıq əksər ölkələr Ukraynadakı müharibədən aldıqları ziyanı sığortalayıb. 

Hətta qonşu dövlətlər belə öz iqtisadi-siyasətlərini yeni reallıqlar üzərində qurub. Bundan əlavə, bu müharibədə Rusiyanın uduzacağına inanmayanların sayı getdikcə artır. Ona görə də əksər ölkələr Zelenskinin çağırışlarına laqeydlik göstərir. Çünki pandemiyadan sonra bütün dövlətlərin iqtisadiyyatında geriləmələr oldu. İndi də bütün dövlətlər həmin geriləmələri aradan qaldırmaqla məşğuldurlar. 

Bu səbəblərə görə, Zelenskinin iyunun 15-16-da İsveçrədə planlaşdırdığı sülh konfransı çoxları üçün qətiyyən maraqlı deyil.

Görünən odur ki, sözügedən konfrans baş tutacaq. Amma Ukrayna liderinin niyyəti baş tutmayacaq. Çünki,iştirakçı ölkələrin çoxu konfransa ikinci heyətlərlə qatılacaq. Bu da o deməkdir ki, konfransa gələnlərin çoxu söz deməyə, dəstək olmağa yox, dinləməyə gələcək. Bu halda isə Zelenskinin pul yığmaq planı pozulacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

End of content

No more pages to load

RADİO