Sərhəddə sükut POZULDU – Ermənistan niyə Naxçıvanı HƏDƏF ALDI?

Bir neçə aydır davam edən səssizliyin ardından Ermənistan atəşkəsi yenidən pozub. İyunun 13-ü və 14-də Ermənistan tərəfi Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutub. 

Müdafiə Nazirliyinin məlumatına görə,  iyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İyunun 14-ü saat 07:15-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Görünən odur ki, hansısa qüvvələr yenidən iki ölkə arasında gərginliyin yaşanması, silahlı insidentin baş verməsində maraqlıdır. Ermənistanda hazırda müxalifət Paşinyanı istefaya göndərmək üçün etiraz aksiyaları təşkil edir. Bununla bağlı olaraq Ermənistan daxilində gərginlik pik nöqtəyə çatıb. Belə bir vəziyyətdə ermənilər yenidən atəşkəsi pozublar. 

Görəsən, Ermənistanın bu dəfəki təxribatının arxasında nə dayanır? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Ermənistan tərəfinin atəşkəsi pozması Paşinyana qarşı ayağa qalxmış qüvvələrin son cəhdlərindən biridir:

“Bu bir daha göstərir ki, Paşinyan orduya tam nəzarət edə bilmir. O, sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Azərbaycan onun bu bəyanatının səmimiliyinə təbiidir ki, inanmaq istəyir. Ancaq bunun üçün erməni təxribatlarının qarşısı alınmalıdır”. 

Ekspertin fikrincə, Paşinyan təəssüf ki, keşişin başçılığı ilə ona qarşı dayanan qüvvələrin qarşısını almaqda zəiflik göstərir: 

“Müxalifətin ölkədə xaos, anarxiya yaratmaq cəhdlərinə müşahidəçi mövqeyində dayanmaq yolverilməzdir. Yolları bağlamağın, dövlət idarələrini müasirəyə almağın, ekstremist bəyanatların qarşısı alınmalıdır. Hələliksə Paşinyan bu istiqamətdə zəiflik göstərir. Bundan istifadə edən qüvvələr də atəşkəsi pozur”. 

Həmsöhbətimiz Paşinyanın atəşkəsin pozulmasında maraqlı olduğuna inanmır: 

“Çünki sülh sazişi ilk növbədə ona lazımdır. Lakin hələlik Paşinyan tələb olunan qətiyyəti göstərmir. Bu zəiflik sərhədin digər istiqamətlərində də atəşkəsin pozulması və Azərbaycanın kəskin addımlar atmaq məcburiyyətində qalmasına gətirib çıxara bilər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

End of content

No more pages to load

RADİO