Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyə Respublikasına rəsmi səfər edib - FOTO

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseyovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin həmkar qurumunun dəvəti ilə Ankara şəhərinə rəsmi səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri, o cümlədən Ankara şəhərində yerləşən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu Öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Səfər çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qardaş ölkənin daxili işlər naziri cənab Ali Yerlikaya ilə görüşüb. Görüşdə iki ölkənin müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək qiymətləndirilib, həmçinin miqrasiya qurumları arasında əlaqələrin daha da inkişafının önəmi və vacibliyi vurğulanıb. Görüşdə həmçinin vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişinin daha da sadələşdirilməsi istiqamətində mühüm addımların atıldığı qeyd edilib və bu istiqamətdə tədbirlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Xidmət rəisi ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri cənab Atilla Toros arasında geniş tərkibdə görüş keçirilib. Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə öz töhfəsini vermək məqsədi daşıyan görüşdə iki ölkə arasında bütün sahələrdə mövcud olan sıx tərəfdaşlığın miqrasiya sahəsində daha da dərinləşdirilməsi, hər iki dövlətin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, dövlətlərimiz arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsinin önəmi müzakirə edilib. İki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.

Daha sonra görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib.

Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb.

Daha sonra Azərbaycanın nümayəndə heyəti Ankara Geri Göndərmə Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar.
Səfərin ikinci günündə Xidmət rəisi Türkiyənin xarici işlər nazirinin müavini cənab Yasin Ekrem Serim ilə görüşüb. Sözügedən görüşdə tərəflər arasında ötən dövrlərdə keçirilmiş görüşlər məmnunluqla xatırlanmış, eləcə də iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı ətaflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov başda olmaqla Səfirliyin əməkdaşları da iştirak ediblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

End of content

No more pages to load

RADİO