“Rusiya və Azərbaycanın fəal iştirakçıları olduğu 3+3 platforması regiona lazım olan sabitlik və təhlükəsizliyi gətirə bilər. 3+3” regional platformasında Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə iştirak edir. Gürcüstana isə qarşılıqlı fəaliyyət üçün qapı həmişə açıqdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib.
Onun sözlərinə görə, regiondankənar qüvvələr, təcrübənin göstərdiyi kimi, regiona özlərinin, əsasən, qarşıdurma xarakterli gündəliyi ilə gəlirlər:
“Bu, bizim ümumi problemlərimizin həllinə mane olur”.
Bizim.Media