Prezident: “Günəş və külək stansiyalarının təməlinin qoyulması ölkəmizin inkişafında yeni bir mərhələ olacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev bu gün Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını dostluq və qardaşlıq münasibətlərimizin nümayişi kimi dəyərləndirib.

Dövlətimizin başçısı təməlqoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-cı ilin bu günündə “Şahdəniz” yatağına dair sazişin imzalandığı qeyd edib. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirib.

Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önəmini vurğulayıb, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərəfdaşlıq işinə xidmət etdiyini və dostluq əlaqələrimizin göstəricisi olduğunu deyib.

Sultan Əhməd Əl-Cabir Bakıya səfərindən, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməlqoyma mərasimində iştirakından böyük məmnunluq hissi keçirdiyini vurğulayıb.
Qonaq qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti həmişə bildirir ki, o, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrini daha da möhkləmləndirmək əzmindədir. Sultan Əhməd Əl-Cabir ölkəsinin daim Azərbaycan ilə bir yerdə olacağını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaur Axundov ev dustaqlığında qaldı

Zaur Axundov ev dustaqlığında qaldı

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

11 günlük tətil bitdi - Dərslər başladı

11 günlük tətil bitdi - Dərslər başladı

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

End of content

No more pages to load

RADİO