Elçin Əmirbəyov Finlandiya mətbuatına Zəngəzur dəhlizinin açılmasının önəmindən danışdı

Finlandiyanın "Turun Sanomat", "İllkka-Pohjalainen", "Keskipohjanmaa" və "Kainuun Sanomat" qəzetləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Helsinkiyə etdiyi işçi səfər zamanı yerli mediaya verdiyi geniş müsahibəni dərc edib.

Bizim.Media xəbər verir ki, müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığı, Bakının ev sahibliyi edəcəyi COP29-a hazırlıq və s. kimi aktual mövzular əhatə edilib.

Müsahibəsində E.Əmirbəyov Azərbaycanın öz çoxşaxəli və balanslı xarici siyasətini sırf milli maraqları üzərində qurduğunu, hər hansı siyasi alyansa mənsub olmadan bütün qonşu ölkələrlə yaxşı əlaqələrə malik olmaq əzmində olduğunu bildirib.
Habelə Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyinə uzun illər önəmli töhfə verdiyini və ölkəmizin 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edəcəyi qazın həcmini 2 dəfə artıracağını qeyd edib.

Ermənistanla normallaşma məsələsinə gəldikdə azərbaycanlı diplomat sülh prosesinin yekun mərhələyə qədəm qoyduğunu və tərəflərin vasitəçi olmadan məhz birbaşa danışıqlara üstünlük verdiyini, son belə danışıqların mayın 10-12-də Qazaxıstanda baş tutduğunu xatırladıb. “Biz inanırıq ki, faciəvi keçmişlə bağlı səhifəni qapamaq və ölkələrimiz üçün daha firavan gələcək qurmağa ciddi cəhd etmək vaxtı gəlib. Bizim məqsədimiz sülh müqaviləsini mümkün qədər tezliklə yekunlaşdıraraq məlum əsas prinsiplər əsasında Ermənistanla normal diplomatik əlaqələr qurmaqdan ibarətdir və bundan hər kəs faydalanacaq”, - deyə o əlavə edib.

Erməni mənşəli vətəndaşların Qarabağı tərk etməsinə gəldikdə isə, əsasən ermənilər tərəfindən iddia edilən "etnik təmizləmə" məfhumunu qətiyyətlə rədd edib və Azərbaycanın onların gedişini deyil, sadəcə Azərbaycan Konstitusiyasını qəbul etmələrini istədiyini vurğulayıb. Bununla belə, 250 min azərbaycanlı keçən əsrin sonunda məhz Ermənistanda etnik təmizləməyə məruz qalıb və öz doğma yurdlarından qovulub.

Ermənistanla normallaşma çərçivəsində 42 km-lik Zəngəzur dəhlizinin açılmasının sülh quruculuğu baxımından önəmini vurğulayan E.Əmirbəyov bu layihənin Ermənistanın özünün dünyaya çıxışı və indiki izolasiyadan çıxması üçün də faydalı olacağını, eləcə də Asiya və Avropa arasında nəqliyyat bağlantısında vacib həlqə təşkil edə biləcəyini vurğulayıb.

Ukraynadakı vəziyyətlə bağlı suala cavab olaraq Azərbaycan rəsmisi ölkəsinin bu münaqişənin mümkün qədər tezliklə təmzimlənməsini dəstəklədiyi və onun faciəvi fəsadlarının davam etməsini istəmədiyini bildirib. Azərbaycanın 1990-cı illərdə öz ərazisinin işğalı zamanı ərazi bütövlüyü prinsipinin və suverenliyinin pozulmasından əziyyət çəkmiş bir ölkə kimi, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş bu prinsipi qəti şəkildə dəstəklədiyini, habelə münaqişədə heç bir tərəf tutmadan Ukraynaya iri həcmdə humanitar yardımını davam etdirdiyini diqqətə çatdırıb.

Noyabr ayında Bakıda keçiriləcək COP29-a toxunan Elçin Əmirbəyov Azərbaycanın nailiyyətlərinin böyük neft və qaz sərvətləri olan bir ölkənin, öz külək və günəş potensialından səmərəli istifadə edərək meqalayihə çərçivəsində yaşıl enerjisini Avropaya ixrac etməklə, yenilənən enerji sahəsində də öncül mövqedə ola biləcəyinin göstərici olduğunu, qarşıdan gələn tədbirin prinsip etibarı ilə Ermənistanla sülh xüsusunda, həm də sülh COP-u ola biləcəyinə ümid bəslənildiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

End of content

No more pages to load

RADİO