Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması barədə məlumata münasibət bildirib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib:
“Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhələrdə acınacaqlı vəziyyətin yarandığını göstərir”.
E.Əzizov bildirib ki,əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.
Bizim.Media