Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında birgə bəyanat imzalanıb - FOTO

Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Yılmaz Tunçun dəvəti ilə Türkiyədə səfərdə olub.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib.

Səfər zamanı Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir və Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirələri ehtiramla anılıb.
Səfər çərçivəsində hər iki ölkənin ədliyyə nazirləri arasında görüş keçirilib.

Görüşdə Fərid Əhmədov iki ölkə arasındakı münasibətlərin qardaşlıq və “bir millət, iki dövlət” prinsipinə əsaslandığını, əməkdaşlığın bütün sahələrdə strateji müttəfiqlik səviyyəsində yüksələn xətlə və uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, iki ölkə prezidentləri səviyyəsində dostluq münasibətləri Türkiyə və Azərbaycan arasındakı tarixi əlaqələri daha da möhkəmləndirib.

Yılmaz Tunç 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin və ikitərəfli əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, iki qardaş ölkə arasında müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin keçirilməsi, cəzaların icrası, penitensiar və probasiya sistemləri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, İKT-nin tətbiqi, eləcə də ədliyyə xidmətlərinin əlçatanlığının artırılması üzrə təcrübələrin paylaşılması, ekstradisiya, məhkumların verilməsi, qarşılıqlı hüquqi yardım sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin təşkil edilməsi üzrə konkret tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb.

Həmçinin Fərid Əhmədov səfər çərçivəsində Türkiyə Cəza və Həbs Evləri Baş İdarəsini ziyarət edib, qurumun fəaliyyəti ilə, eləcə də cəzaçəkmə müəssisələrində İKT-nın tətbiqi ilə yaradılan imkanlarla tanış olub.

Bundan əlavə Türkiyə Ədliyyə Akademiyasında və Türkiyə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları Baş İdarəsində görüşlər keçirilib. Fərid Əhmədov Ədliyyə Akademiyasının fəaliyyəti, eləcə də tədris prosesi ilə yaxından tanış olub, orada təhsil alan gələcəkdə məhkəmə və prokurorluq orqanlarında çalışacaq namizədlərlə görüşüb. İnformasiya Texnologiyaları Baş İdarəsində Türkiyənin elektron ədliyyə xidmətləri ilə bağlı təcrübəsi və görülən işlər barədə təqdimat nümayiş etdirilib.

Səfər çərçivəsində açıqtipli cəzaçəkmə müəssisəsi də ziyarət edilib, oranın fəaliyyəti ilə yaxından tanış olunub.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaur Axundov ev dustaqlığında qaldı

Zaur Axundov ev dustaqlığında qaldı

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

11 günlük tətil bitdi - Dərslər başladı

11 günlük tətil bitdi - Dərslər başladı

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

End of content

No more pages to load

RADİO