DTX Əli Nağıyevlə gürcü həmkarının görüşü ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev aprelin 27-28-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Bizim.Media DTX-nin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə əklil qoyub.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Nağıyev gürcü həmkarı ilə görüşdü - VİDEO


Sonra şəhərin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidə ziyarət olunmuş, önünə əklil qoyulub.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdid­lərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə olunub.

Eyni zamanda, general-polkovnik Əli Nağıyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə də görüşüb.

Tərəflər üçün əhəmiyyət kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb, bölgədə təhlükəsizliyin etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyi qeyd edilib. Tərəflər bundan sonra da hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulayıb.

İsti qarşılanmaya və yüksək qonaqpərvərliyə, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

Məktəbdə qayçı ilə xəsarət alan şagirdin SON VƏZİYYƏTİ

Məktəbdə qayçı ilə xəsarət alan şagirdin SON VƏZİYYƏTİ

Məşhur çəkmədən bu dəfə Sevda geyindi - FOTO

Məşhur çəkmədən bu dəfə Sevda geyindi - FOTO

Gənc futbolçu VƏFAT ETDİ

Gənc futbolçu VƏFAT ETDİ

Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

Gürcüstanda seçkilərdə iştirak qaydaları DƏYİŞDİRİLDİ

Gürcüstanda seçkilərdə iştirak qaydaları DƏYİŞDİRİLDİ

İranın cənub sahilləri qan rənginə BOYANDI - VİDEO

İranın cənub sahilləri qan rənginə BOYANDI - VİDEO

Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı YEKUNLAŞIR

Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı YEKUNLAŞIR

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Naxçıvanda bir sıra qurumlar BİRLƏŞİB

Naxçıvanda bir sıra qurumlar BİRLƏŞİB

Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO

Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO

Gümrü şəhərinin sabiq merinin həbs müddəti UZADILDI

Gümrü şəhərinin sabiq merinin həbs müddəti UZADILDI

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ

Biləsuvarda avtomobil qaçıran şəxslər SAXLANILDI

Biləsuvarda avtomobil qaçıran şəxslər SAXLANILDI

Əsl sevgi üçün şans əldə edəcək BÜRCLƏR: Vacib addımı kim atacaq?

Əsl sevgi üçün şans əldə edəcək BÜRCLƏR: Vacib addımı kim atacaq?

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

Azərbaycan XİN Butan Krallığını təbrik etdi - FOTO

Azərbaycan XİN Butan Krallığını təbrik etdi - FOTO

“İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

“İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

Yapon qadın nişanlısından imtina etdi, ChatGPT-nin yaratdığı “kişi” ilə evləndi – VİDEO

Yapon qadın nişanlısından imtina etdi, ChatGPT-nin yaratdığı “kişi” ilə evləndi – VİDEO

Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Ukrayna müharibəsi: ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır

Ukrayna müharibəsi: ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır

Yaponiyada qadın ərinin 520 xəyanətini komiksə çevirdi – Hekayə viral oldu– FOTO

Yaponiyada qadın ərinin 520 xəyanətini komiksə çevirdi – Hekayə viral oldu– FOTO

End of content

No more pages to load

RADİO